Xəbərlər ::

SOSİAL :: Qurban nece kesilmelidir? - QMI-den tövsiye

17-09-2015 18:11

Qafqaz Müselmanlar İdaresi qarşıdan gelen Qurban bayramı münasibeti ile vetendaşlara tövsiye verib. Payiz.Az-ın QMİ-nin saytına istinaden melumatına göre, tövsiyede deyilir ki, qurban kesmek esasen Mekkede Hecc ziyaretinde olan zevvarlara vacibdir: “Diger yerlerde ise imkanlı adamların qurban kesmeleri Allah-Teala yanında beyenilmiş - müsteheb emellerden hesab olunur. Qurban etini feqir ve kasıb ailelere paylamaq böyük savabdır. Qurban kesilen heyvan sağlam ve kök olmalıdır. Xeste, arıq ve qüsurlu heyvanlar qurbanlığa layiq ve meqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inek ve deve olmalıdır. Bu heyvanlar müeyyen yaş heddine çatmalıdır. Keçi ve qoyunun bir, öküz ve ineyin iki, devenin ise beş ili tamam olmalıdır. Qurban etinin satılması haramdır. Xırdabuynuzlu heyvan (qoyun, keçi) bir nefer üçün kesilmelidir. 7-dek şexsin cemleşib bir iribuynuzlu heyvanı qurban kesmeleri çox yerlerde el adetine çevrilib.

 

Yaxşı olar ki, bu zaman bölgü aparanda hemin şerikler biri-birine halallıq versinler. Qurbanlıq esasen 3 hisseye bölünür: bir hisseni qurban sahibi özüne götüre biler, diger hisse feqir ve kasıb ailelere, üçüncü hisse ise hediyye kimi qohum-eqrebalara paylanmalıdır. Qeyd edirik ki, şerikli kesilen qurbanın her şerike çatan payı da hemçinin, üç hisseye bölünmelidir”.

 

Bir qayda olaraq qurban keserken heyvanı üzü qibleye uzatmaq, qoyundursa, qıçının birini azad saxlamaq, iribuynuzlu heyvandırsa, dörd ayağını da möhkem bağlamaq lazımdır: “Heyvanın boğazına qoyulan bıçaq iti olmalıdır. Heyvan kesilerken “Bismillahi ve billahi vellahu ekber” deyilmelidir. Daha yaxşı olar ki, Qurban duası oxunsun. Hedisi-şerifde Hezret Peyğember (s) buyurur: “Uca Allah qurbanlığı yoxsulların iqtisadi veziyyetinin yaxşılaşmasından ötrü qerar verib. Onlara bu etden yedirdin”.

Tövsiye edilir ki, bayram günlerinde qurbanların kesilmesi baytarlıq ve sanitariya qayda-qanunlarına ciddi emel olunmaqla münasib yerlerde icra edilsin. Hemçinin, qurbanların uşaqların gözü qarşısında kesilmesi meslehet deyil.

 

Hemçinin, tövsiyede qeyd edilib ki, insanı öz Yaradanına yaxın eden Qurban bayramının sevincini qaçqın, köçkün, kimsesiz soydaşlarımıza, maddi sıxıntı çeken insanlara da yaşatmaq, onu hamı ile birge könül xoşluğu ile keçirmek Allaha xoş gelen savab emellerdendir. Qurban kesmeye imkanı olmayanların Qurban günü ibadet ve dualarının Allah-Teala yanında savab emellerden olduğu da vurğulanıb.


Oxunub 611 defe