Xəbərlər ::

SİYASƏT :: Robert Sekuta: “Münaqişәsin hәlli istiqamәtindә addımlar atılır"

17-09-2015 20:45

“Dağlıq Qarabağ münaqişәsinin hәlli istiqamәtindә hazırda  addımlar atılır". APA- nın mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib. O bildirib ki, bu istiqamәtdә ABŞ-ın ATӘT-in Minsk Qrupundakı hәmsәdri digәr hәmsdәrlәrlә birlikdә ciddi sәylә çalışır: "BMT Baş Assambleyası çәrçivәsindә hәr iki ölkәnin nazirlәrinin görüşü keçirilәcәk. Diger istiqametlerde de fealiyyet davam edir. Cәnab Uorlik iyul sәfәrindә burada mәcburi köçkünlәrlә görüşüb.  Burada söhbәt münaqişәdәn  әziyyәt çәkәn insanlardan gedir. Bunun hәll olunması üçün addımlar atılmalıdır. Azәrbaycanda isә bundan әziyyәt çәkәn 1 milyon qaçqın var".

 

Sәfir nazirlәrin Nyu-Yorkda keçirilecek görüşüne dair tәrәflәre danışıqların davam etdirilmәsi üçün şәrait yradılmasının vacibliyini qeyd edib. 


Oxunub 287 defe