Xəbərlər ::

SİYASƏT :: Azerbaycan prezidenti: Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır

18-09-2015 02:48

 “Görün bu gün dünyanın müxtelif yerlerinde neler baş verir. Bir il bundan evvel bunların heç biri yox idi. Qanlı toqquşmaların sayı artır, coğrafiyası genişlenir. Bu qarşıdurmaya, müharibelere yeni ölkeler qoşulur. Avropada böhran yaşanır. Men artıq demişem, bu, daha çox menevi böhrandır”.  APA-nın melumatına göre, bu sözleri öten gün Ağsu ictimaiyyetinin nümayendeleri ile görüşünde prezident İlham Elivey deyib.  

 

 

Dövlet başçısı qeyd edib ki, qaçqınlara münasibetde bu ayrı-seçkilik, bu pis reftar heç bir çerçiveye sığmır: “Özleri prinsipler, deyerler beyan edibler. Başqa ölkelerin daxili işlerine qarışmaq üçün bunu bayraq edib her yerde beyan edirler. Onda bu prinsipleri öz ölkenizde de gösterin. Qadınları, uşaqları, qocaları döyürler, onlara işgence verirler. Bu insanların ne günahı var?! Ayrı-seçkilik gösterirler, deyirler ki, müselman qaçqınları buraxmayacağıq, bu ne demekdir?! Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır. Yene de Avropada faşizm baş qaldırır?! Axı faşizm bir bela kimi müselman aleminde yaranmayıb. Biz yaxşı bilirik ki, harada yaranıb. Yeni, bunu unutdurmaq isteyirler. İkinci Dünya müharibesi haqqında Qerbde qesden tehrif edilmiş informasiyalar gedir. Sovet xalqının, o cümleden Azerbaycan xalqının iştirak etdiyi o müharibede sovet ordusunun qehremanlığını aşağılamaq isteyirler. Televiziyada, internetde gördüyümüz bu menzere yene de o günleri bize xatırladır. Yene de faşizm baş qaldırır? Yene de insanları tebeqelere, milletlere, dinlere bölürler? Ona göre islamofobiya çox böyük tehlükedir. Bu, bizim üçün tehlükedir. Çünki biz müselmanıq. Onlar üçün de tehlükedir”.

 

“Bu qarşıdurma hem ideoloji qarşıdurmadır, hem tebii resurslar uğrunda geden mübarizedir, müharibedir ve tesir imkanlarını genişlendirmek üçün qarşıdurmadır. Ona göre, biz buna hazır olmalıyıq ve hazırıq. Biz bütün tedbirleri vaxtında gördük. Qoymadıq ki, yad qüvveler, bizim inkişafımızı istemeyen qüvveler Azerbaycanda kök salsın. O kökü biz kesdik. Kesdiyimiz üçün de bize qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Esas odur ki, Azerbaycan inkişaf etsin, insanlar sülh, emin-amanlıq, sabitlik şeraitinde yaxşı yaşasınlar. Azerbaycan burada hem iqtisadi, hem siyasi, hem menevi cehetden bütün dünyaya nümune gösterir. Axı Azerbaycan çoxmilletli ölkedir. Azerbaycanda bütün milletler bir aile kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur. Müxtelif dinlerin nümayendeleri qardaşlıq şeraitinde yaşayırlar”, deye ölke başçısı bildirib.

 

“Men defelerle demişem, bizim aramızda heç bir ayrı-seçkilik ola bilmez. Dininden, milletinden asılı olmayaraq hamımız Azerbaycan vetendaşlarıyıq, hamımızın eyni, beraber hüquqları var. Budur normal heyat terzi. Eslinde, bizim yaşadığımız bu mühit normal heyat terzidir. Ancaq görün indi başqa yerlerde neler baş verir. Ona göre, men eminem ki, Azerbaycan modeli öyrenilecek ve nümune kimi gösterilecek. Biz elbette, öz işimizi ona göre qurmamışıq ki, kiminse xoşuna gelek, yaxud da kimse bizden örnek götürsün. Biz bunu özümüz üçün edirik. Biz istemirik kimse bizim işimize qarışsın. Yeni, kenardan oturub Azerbaycana mühazire oxumaq isteyen meger bizi bizden daha çox isteyir? Tebii ki, yox. İsteyir ki, burada tesir imkanları genişlensin, Azerbaycanı müxtelif texribatlara sövq etsin, celb etsin, tehrik etsin.

 

Biz bu texribatlara getmirik. Getmeyende de onlar üçün pis oluruq. Eybi yoxdur, qoy onlar üçün pis olaq. Eger onlar bizi tenqid edirlerse, demeli, biz düzgün yoldayıq. Bu da var. Azerbaycan xalqı güclü xalqdır, bütün tezyiqlere dözür, dözecek, öz sözünü deyir, heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır ve bütün dünyaya sübut edir ki, bizimle ancaq dostluq münasibetleri qurmaq olar. Biz buna hazırıq. Eger onlar hazırdırlarsa, biz de hazırıq. Eger yox, onda, nece deyerler, seninki sende, menimki mende” deye prezident qeyd edib .


Oxunub 361 defe