Xəbərlər ::

SOSİAL :: Azerbaycanda neftçilerin orta aylıq pensiyası ne qederdir?

18-09-2015 11:11

2015-cü ilin 8 ayı erzinde ARDNŞ terefinden Dövlet Sosial Müdafie Fonduna neft sahesinde çalışan sığorta olunanlar üzre ümumilikde 89 milyon manatdan çox mecburi dövlet sosial sığorta haqqı ödenilib. Dövlet Sosial Müdafie Fondundan Payiz.Az-a verilen melumata göre, Heyder Eliyevin Fermanı ile 2001-ci  ilden  “Neftçiler günü” elan edilen 20 sentyabr her il Azerbaycanda neftçilerin peşe bayramı kimi qeyd olunur. Prezident İlham Eliyevin rehberliyi altında davam etdirilen uğurlu neft strategiyası ölkemizin müsteqilliyinin möhkemlendirilmesinde, iqtisadiyyatın herterefli inkişafında, ehalinin sosial rifahının güclendirilmesinde mühüm rol oynayıb. Ölkemizde neftçilerin emeyi yüksek dövlet qayğısı ile ehate olunub ve bunun eyani göstericilerinden biri de onların pensiya teminatı ile bağlıdır. Bele ki, neft senayesinin ağır emek şeraiti olan sahelerinde çalışanlar güzeştli şertlerle erken pensiyaya çıxmaq hüququ qazanırlar. Azerbaycanda neftçilerin orta aylıq pensiya mebleği 370,8 manat teşkil edir. Neft senayesinde çalışmış pensiyaçıların sayı ise 26,8 min neferden artıqdır.

 

Azerbaycan Respublikası Dövlet Neft Şirketi (ARDNŞ) ölkemizde qurulmuş yeni sığorta-pensiya sisteminin en feal iştirakçısıdır. ARDNŞ ferdi uçot sisteminde qeydiyyatda olan sığortaolunanların sayına, elece de mecburi dövlet sosial sığorta haqqının ödenişine göre sığortaedenler arasında xüsusi çekiye malikdir.


Oxunub 464 defe