Xəbərlər ::

SOSİAL :: Novella Ceferoğlu: "Onlar Azerbaycanda yaşamaq isteyirler"

18-09-2015 12:46

“Vaan Martirosyanın Azerbaycana keçmesi bütün dünyaya bir daha gösterdi ki, Azerbaycan ne qeder tolerant ölkedir”.

 

APA-nın melumatına göre, bu sözleri hüquq müdafieçisi Novella Ceferoğlu deyib. O bildirib ki, Azerbaycan Ermenistanla müharibe veziyyetinde olmasına baxmayaraq, bu aileye qapılarını açıb: “Gürcüstandan yaxın dostlarım olan hüquq müdafieçileri mene müraciet etdiler ki, Vaan Martirosyanın ailesi pis veziyyete düşüb, Serj Sarkisyanın adamları onun ailesini döyüb, heyat yoldaşı Karina övladını itirib. Onlar Azerbaycandan daimi yaşayış hüququ isteyirler. Bu çağırışa tek cavab vere bilmezdim. Milli Meclisin deputatı Azay Quliyevle görüşdüm. Onun seyi neticesinde müsbet cavab aldıq”.

 

Qeyd edek ki, Ermenistan “Milli Azadlıq Herekatı” teşkilatının rehberi Vaan Martirosyan Azerbaycandan siyasi sığınacaq isteyib. O, rehberlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Herekatı” teşkilatının fealiyyetine göre Ermenistanda dövlet orqanlarının ve ayrı-ayrı selahiyyetli şexslerin tezyiqlerine meruz qalıb. V. Martirosyan özünün ve ailesinin şexsi tehlükesizliyi ile elaqedar heyat yoldaşı ve azyaşlı övladı ile birlikde Ermenistandan qaçaraq, Azerbaycana gelib ve siyasi sığınacaq isteyib.


Oxunub 274 defe