Xəbərlər ::

SİYASƏT :: Vaan Martirosyan: “Ermenistandan Azerbaycana qaçqın axını Avropaya qaçqın axını kimi olacaq”

18-09-2015 13:24

 

 

 “Eger Ermenistanla serhedler açılarsa, Azerbaycana qaçqın axını Avropaya qaçqın axını kimi olacaq”.

 

APA-nın xeberine göre, bu sözleri Bakıda metbuat konfransı keçiren Ermenistan “Milli Azadlıq Herekatı” teşkilatının rehberi Vaan Martirosyan deyib. O bildirib  ki, ermeniler Azerbaycan ve Bakı haqqında az melumata malikdir: “Lakin yaşlı nesil buranı yaxşı tanıyır. Onlar burada gezibler, istirahet edibler”.

 

V. Martirosyan bir neçe il Azerbaycanda yaşayan, daha sonra Ermenistana qayıtdıqdan sonra Azerbaycan haqqında yanlış melumatlar veren Gevorkyan ailesi ile bağlı meseleye de toxunub. Onun sözlerine göre, bu, Milli Tehlükesizlik Şurasının işdir: “Bakıda keçirilen Avropa Oyunlarında iştirak etmek üçün Azerbaycana gelen idmançılar üstlerinde ermeni bayrağı olan geyimlerle Bakıda gezirdiler. Lakin Ermenistana qayıtdıqda dediler ki, qorxumuzdan çöle çıxa bilmirdik. Bütün bunlar Milli Tehlükesizlik Şurasının emelidir”.

 

V. Martirosyan Azerbaycanda qalıb-qalmayacağının müzakirelerden sonra belli olacağını deyib.

 

Qeyd edek ki, Ermenistan “Milli Azadlıq Herekatı” teşkilatının rehberi Vaan Martirosyan Azerbaycandan siyasi sığınacaq isteyib. O, rehberlik etdiyi müxalif yönümlü qurumun fealiyyetine göre Ermenistanda dövlet orqanlarının ve ayrı-ayrı selahiyyetli şexslerin tezyiqlerine meruz qalıb. V. Martirosyan özünün ve ailesinin şexsi tehlükesizliyi ile elaqedar heyat yoldaşı ve azyaşlı övladı ile birlikde Ermenistandan qaçaraq, Azerbaycana gelib.

 


Oxunub 388 defe