Xəbərlər ::

SİYASƏT :: Evelin Farkas: “Mәnim valideynlәrim dә qaçqın olublar”

18-09-2015 20:13

"ABŞ Müdafiә Katibliyi vә hökumәti olaraq hәll olunmamış münaqişәlәr bizi narahat edir”.

 

APA-nın mәlumatına görә, bunu Bakıda seferde olan ABŞ müdafie katibinin Rusiya, Ukrayna ve Avrasiya üzre kömekçisinin müavini, xanım Evelin Farkas deyib.

 

O bildirib ki, Azәrbaycan, Gürcüstan, Ukrayna ve Moldova ile bağlı mәsәlәlerlә gündәlik mәşğul olur: "Tәessüf ki, bütün bu münaqişәlәrin ortaq cәhәti var - güc tәtbiqi vә bu vaxtadek effektiv olmayan sәylәr vә fәaliyyәtlәr. Bu istiqametde yürütdüyümüz siyaset bizden strategiya ve düşünülmüş yanaşma teleb edir. Birlәşmiş Ştatlar olaraq daim vәziyyәtә nәzarәt edirik vә münaqişәlәri beynәlxalq qanunlara uyğun hәll etmek üçün yollar axtarırıq”.

 

E. Farkasın sözlerine göre, Suriyadakı münaqişә vә onun nәticәsindә qaçqınların Avropaya axını gösterir ki, insanlara yaxşı gәlәcәk, hәyat vermәk üçün daha çox seyler gösterilmelidir: “Mәnim valideynlәrim dә qaçqın olublar vә Birlәşmiş Ştatlarda mәskunlaşıblar. Hәr zaman bu mәsәlәni diqqәtdә  saxlayırıq".

 

Pentaqon rәsmisi Rusiya sülhmәramlılarının Dağlıq Qarabağda yerlәşdirilmәsi mәsәlәsinә dә toxunub: "Rusiya ATET-in Minsk qrupu prosesinde iştirak eden ölkedir. Bu proses Azәrbaycan vә Ermәnistan hökumәtlәri ilә birlikdә hәyata keçirilir. Belә bir plan olsa, Minsk qrupunun digәr üzvlәri ilә birlikdә şәffaf şәkildә nәzәrdәn keçirilәcәk".


Oxunub 315 defe