Xəbərlər ::

MƏDƏNİYYƏT :: VII Üzeyir Hacıbeyli festivalının açılışı oldu

18-09-2015 21:41

Sentyabrın 18-de Heyder Eliyev Fondunun ve Medeniyyet ve Turizm Nazirliyinin teşkilatçılığı ile keçirilen Üzeyir Hacıbeyli VII Beynelxalq Musiqi Festivalının tenteneli açılış merasimi olub.

 

APA-nın melumatına göre, Heyder Eliyev Sarayında keçirilen tedbirde medeniyyet ve turizm nazirinin müavini Edalet Veliyev çıxış ederek dahi bestekarın ömür yolundan ve yaradıcılığından söz açıb. Bildirib ki, bu gün görkemli bestekarın anadan olmasının 130 illiyi tamam olur.

 

Üzeyir Hacıbeyli bestekar, alim, yazıçı, publisist, ictimai ve siyasi xadim kimi çoxşaxeli fealiyyeti ile yanaşı, Şerqde ilk operanın banisi kimi de meşhurdur. Mehz onun fedakar emeyi sayesinde Azerbaycan milli opera senetinin tarixi Üzeyir Hacıbeylinin 107 il bundan evvel tamaşaya qoyulan "Leyli ve Mecnun" operası ile başlanıb. Dahi Azerbaycan şairi Mehemmed Füzulinin eyniadlı poeması esasında hazırlanmış "Leyli ve Mecnun" yalnız Azerbaycanın deyil, hem de Şerqin ilk operasıdır.  Üzeyir Hacıbeyli hemçinin milli musiqi xezinesini yeni janr ve formalarla zenginleşdiren bir sıra eserler, o cümleden Azerbaycan peşekar musiqi senetinin şah eseri, dünya musiqi xezinesinin incilerinden olan "Koroğlu" operasını besteleyib.

 

Nazir müavini deyib ki, 2009-cu ilden başlayaraq ölkemizde her il keçirilen ve dahi bestekar, Azerbaycan professional musiqisinin banisi Üzeyir Hacıbeyliye hesr olunmuş beynelxalq musiqi festivalları böyük eks-seda doğurub. Festival konsertlerinde görkemli musiqiçiler, bedii kollektivler, solistler, dirijorlar iştirak edirler. E.Veliyev deyib ki, Üzeyir Hacıbeylinin anadan olmasının 130 illiyine hesr edilen VII Beynelxalq Musiqi Festivalında Azerbaycanla yanaşı, Türkiye, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya ve Kanadadan tanınmış musiqiçiler ve kollektivler iştirak edirler.

 

Festival Üzeyir Hacıbeyli adına Dövlet simfonik orkestrinin ifasında (orkestrin bedii rehberi ve baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bestekarın "Koroğlu" operasından uvertüranın seslenmesi ile açıq elan edilib. Gecede Azerbaycan Dövlet xor kapellası, Opera ve Balet Teatrının balet truppası, Dövlet Reqs Ansamblı ve Azerbaycan Dövlet Musiqili Teatrının ifasında maraqlı konsert proqramı teqdim olunub.

 

Festival sentyabrın 28-dek davam edecek.


Oxunub 350 defe