Xəbərlər ::

HADİSƏ :: Bakıda oğlunun toyuna hazırlaşan ata qetle yetirildi

19-09-2015 11:00

Bakıda qetl hadisesi baş verib. APA TV-nin melumatına göre, ağır cinayet hadisesi paytaxtın Xetai rayonu erazisinde qeyde alınıb.
 
50 yaşlı Eleddin Qarayev oğlunun toyuna 12 gün qalmış qetle yetirilib. Bele ki, Eleddin Qarayevin oğlu Emrah Qarayev Nobel prospekti-110 ünvanında yerleşen "Lion" kafesinde kafe sahibinin mühafizeçisi Elmeddin Ağayevle mübahise edib, aralarında dava olub. Daha sonra Emrah Qarayev kafenin yaxınlığındakı evine gedib. Elmeddin Ağayev ve qardaşı Niyameddin Ağayev bıçaqla silahlanaraq, Emrah Qarayevin yaşadığı eve gelibler. Evin qarşısında terefler arasında növbeti defe dava düşüb. Elmeddin Ağayev elindeki bıçaqla Emrah Qarayevin boğaz nahiyesine xesaret yetirib. Emrah Qarayevin atası Eleddin Qarayev evden beysbol ağacı götürerek qapıya çıxıb ve oğluna kömek etmeye çalışıb. Elmeddin Ağayev onu da bıçaqlayıb. Ata ve oğul xestexanaya aparılıblar. Eleddin Qarayev yolda ölüb, Emrah Qarayev ise 1 saylı Şeher Kliniki Xestexanasına çatdırılıb.
 
Hadise zamanı Emrah Qarayevin oğlunun Bextiyar adlı dostu da onun yanında olub. O, ata ve oğulun bıçaqlandığını gördükde, özüne mexsus motosikletle qaçmağa çalışıb. Lakin Elmeddin ve Niyameddin Ağayev qardaşları onun teqib edibler ve yolda saxlayaraq döyübler. Daha sonra Niyameddin Ağayev “KİA” markalı 90 NZ 849 dövlet nömre nişanlı avtomobille hadise yerinden uzaqlaşıb. O, cinayet aleti sayılan bıçağı da özü ile aparıb. Lakin derhal axtarışa verilen avtomobil Yol Patrul Xidmetinin emekdaşları terefinden saxlanılıb.
 
Elmeddin Ağayev ise "Lion" kafesinin Bextiyar adlı sahibinin "BMW X5" markalı avtomobili ile qaçıb. Hemin avtomobil sonuncu defe Naximov küçesinde "Tehlükesiz Şeher" kameralarına düşüb, daha sonra ise gözden yayınıb. Elmeddin Ağayevin saxlanılması üçün emeliyyat-axtarış tedbirleri davam etdirilir.
 
Qeyd edek ki, qetle yetirilen Eleddin Qarayev yaralanan oğlu Emrah Qarayevin toyuna hazırlaşırmış. Toy sentyabrın 30-na teyin olunubmuş. Axtarışa verilen Elmeddin Ağayev ise iki defe mehkumluq heyatı yaşayıb.


Oxunub 345 defe