Xəbərlər ::

SOSİAL :: Sevinc Vaqifqızı ile "Ana xeber" bloku – 19 Sentyabr

19-09-2015 20:00

GÜNÜN ŞERHİ
 
Pentaqonun Rusiyaya qarşı müharibe planları üzerinde işlemesi normaldır, soyuq müharibeden sonra ABŞ hemişe bele planlara sahib olub. Bu barede xeberlerin metbuata sızması informasiya müharibesi ile bağlıdır. Mahiyyet başqadır - Rusiyaya qarşı herbi ssenarilerin proqnozlaşdırılması müharibenin başlaması demek deyil. Bu, fövqelgücler arasında gerginliyini hele uzun müddet davam edeceyinin elametidir. Dünyada qüvveler balansı deyişir, hem Moskva, hem Kreml bu balansı öz lehine deyişmek üçün ardıcıl addımlar atır. Rusiya BRİKS formatında emekdaşlığı genişlendirir, Suriyada herbi iştirak imkanlarını artırır, postsovet mekanında güclenmeye çalışır. ABŞ ise buna qarşı köhne düşmenlerle dostlaşmaq siyaseti yürüdür. Bu sebeble Vaşinqtonun xarici siyasetinde Kuba, İran, Venesuela ağırlıq kesb etmeye başlayıb. Bele görünür ki, dünyanın yeniden tesir daireleri arasında bölüşdürülmesi prosesi hele uzun müddet davam edecek.


Oxunub 370 defe