Xəbərlər ::

DÜNYA :: Daha bir ölke serhedlerini qaçqınların üzüne bağladı

20-09-2015 03:15

Bolqarıstanın baş naziri Boyko Borisov ölke serhedlerinin “qeyri-qanuni miqrantların” üzüne bağlanıldığını bildirib. APA-nın “Gazeta.ru”ya istinaden verdiyi xebere göre, bu barede  “OFFNews” neşri melumat yayıb.

 

Boyko Borisov ölkeye yalnız qanuni esaslarla girmek mümkün olduğunu qeyd edib. Borisov bildirib ki, resmi Sofiyanın xahişi ile Türkiye polisi ve jandarmları qaçqınları Bolqarıstan serhedinden 40 km aralıda saxlayır.  

 

Baş nazir elave edib ki, serhedden yalnız minik ve yük avtomobilleri buraxılır ve bunun sayesinde Aİ ölkelerine keçmeye sey gösteren miqrant axınını az da olsa tenzimlemek mümkün olub.   

 

Qeyd edek ki, bundan evvel Bolqarıstan miqrantlara göre Türkiye ile serhede herbçilerini göndermeye başlayıb.   


Oxunub 277 defe