Xəbərlər ::

DÜNYA :: İran deputatları AEBA rehberini sorğu-suala çekecek

20-09-2015 05:10

Atom Enerjisi üzre Beynelxalq Agentliyinin (AEBA) rehberi Yukiya Amano bu gün, sentyabrın 20-de, Tehrana seferi çerçivesinde Meclisin (parlamentin) iclasında iştirak edecek. APA-nın “TASS”a istinaden verdiyi xebere göre, bu barede “Fars” agentliyi melumat yayıb.  

 

Bundan evvel nüve razılaşmasının tedqiqi üzre parlamentin xüsusi komissiyasının rehberi Eli Rza Zakani XİN-e müraciet ederek  AEBA rehberi Yukiya Amanonun deputatlara nüve sazişi ile bağlı bir neçe meseleye aydınlıq getirmek üçün  Meclise devet edilmesini xahiş edib.  Buna cavab olaraq, XİN Amanonun sentyabrın 20-de parlamentin iclasında iştirak edeceyini beyan edib.

 

Qeyd edek ki, Tehrana seferi çerçivesinde Yukiya Amano İranın Nüve Enerjisi üzre Teşkilatının rehberi Eli Ekber Salehi ve diger iranlı memurlar ile Vyanada iyulun 14-de İran ve AEBA arasında elde olunmuş “yol xeritesi”nin reallaşdırılması meselesi ile bağlı danışıqlar aparacaq.  


Oxunub 376 defe