Xəbərlər ::

DÜNYA :: Komi rehberine 25 il hebs cezası verile biler

20-09-2015 06:56

Müteşekkil cinayetkar qrupunun teşkilinde şübheli bilinen Komi rehberi Vyaçeslav Qayzer  25 il müddetine azadlıqdan mehrum edile biler. APA-nın “RİA Novosti”ye istinaden verdiyi xebere göre, bunu vekil Dmitri Aqranovski bildirib.  

 

“Cinayet Mecellesinin müvafiq maddesi 12 ilden ömürlük müddetedek ceza nezerde tutur. İttiham olunan şexsin cinayetkar qrupda rehber olduğu sübuta yetirildikde ona ömürlük hebs cezası verile biler. Lakin bu müddea, adeten, “qanuni oğru”lara şamil edilir. Çox güman ki, bu madde V.Qayzere şamil edilmeyecek”, deye vekil bildirib.

 

Onun sözlerine göre, Komi rehberine vezife selahiyyetlerinden istifade etmekle cinayetkar qrupun yaradılması maddesi üzre ittiham ireli sürüle biler. Bele halda o 20 iledek hebs cezasına mehkum edile biler.      

 

Qayzere qarşı hemçinin deleduzluq maddesi üzre de ittiham ireli sürüle biler. Bele olan halda mehkeme onu her iki cinayet üzre müqessir sayaraq 25 il hebs cezasına mehkum ede biler.  

 

Öten gün hebs edilmiş Komi rehberi Vyaçeslav Qayzerin iş otağında keçirilen axtarış zamanı içerisinde böyük mebleğde pulların, bahalı saat kolleksiyasının, bir neçe ofşor şirketin sahibliyine dair senedlerin, habele “Bombardier Learjet” ve “Hawker 800XP” tipli teyyarelerin elde olunmasına dair layihelerin olduğu seyf götürülüb.

 

Vyaçeslav Qayzer baresinde “cinayetkar qrupun yaradılması” ve “deleduzluq” maddeleri üzre cinayet işi başlanıb.

 

Qeyd edek ki, Federal Tehlükesizlik Xidmeti ve İstintaq Komitesi bundan evvel Komi Respublikasının rehberi Vyaçeslav Qayzer, onun müavini Aleksey Çernov, Aleksey Zarubin ve Valeri Veselovun rehberlik etdiyi müteşekkil cinayetkar qrupunu zerersizleşdirib.

 

Qeyd edek ki,  İstintaq Komitesinin yaydığı melumata esasen, Vyaçeslav Qayzer, Aleksey Çernov, Aleksey Zarubin ve Valeri Veselovun rehberlik etdiyi müteşekkil cinayetkar qrupunun meqsedi cinayet yolu ile dövlet emlakının menimsemesine yönelmiş ağır cinayetler töretmek olub. 

 

Melumata esasen, istintaqın müeyyen etdiyi cinayetler miqyaslılığı ile seçilerek regionlararası ve beynelxalq xarakter daşıyıb. Hazırda cinayetkar qrupun 19 rehber ve iştirakçısı müeyyenleşdirilib.


Oxunub 405 defe