Xəbərlər ::

İDMAN :: “Qebele” dayanmadan meşq edir

20-09-2015 08:21

 Topaz Premyer Liqasının V turunda “Sumqayıt”la qarşılaşacaq “Qebele” sentyabrın 21-de baş tutacaq görüşün hazırlıqlarını davam etdirir. Apasport.az saytının melumatına göre, Avropa Liqasının qrup merhelesinin I turunun ayın 17-de keçirilen PAOK-la (Yunanıstan) matçından (0:0) sonra meşqlerine ara vermeyen komanda dünen Qebelede çalışıb.

 

Oyunun ertesi günü Bakıda ADBTİA stadionunda meşq eden “qırmızı-qaralar” doğma arenaya qayıtdıqdan sonra da iki qrupla hazırlıq keçib. Bele ki, PAOK-la qarşılaşmanın iştirakçıları fiziki çalışmalara üstünlük veribse, digerleri meydanda meşq edib. “Qebele” bu gün oyunöncesi son meşqini keçirecek.

 

Xatırladaq ki, V turun son qarşılaşması olan “Qebele” – “Sumqayıt” oyunu sentyabrın 21-de baş tutacaq.

 

Bu matç komandalar arasında 13-cü görüşdür. İndiyedek 10 qelebe qazanıb, 1 heç-heçe edib, 1 defe meğlub olan “qırmızı-qaralar” 27 top vurub, 8-ni buraxıb. “Qebele” 6 ev oyununda xal itirmeyib.


Oxunub 337 defe