Xəbərlər ::

SİYASƏT :: ATET PA parlament seçkilerine müşahideçi göndermeyecek

23-09-2015 14:55

ATET Parlament Assambleyasının prezidenti İlkka Kanerva bu il noyabrın 1-de tarixinde Azerbaycanda keçirilecek parlament seçkilerini müşahide etmeyeceklerini açıqlayıb.

 

ATET PA-dan APA-ya verilen melumata göre, İ. KanervaATET PA-nın Ulan-Batorda keçirilen payız sessiyası çerçivesinde beyan edib ki, bu qararı ATET-in Demokratik Tesisatlar ve İnsan Haqları Bürosunun (DTİHB) qerarına uyğun olaraq qebul edibler.

 

O bildirib ki, Azerbaycan ATET-in enenevi terefdaşı olan DTİHB-nin müşahide missiyasının sayının mehdudlaşdırılmasını isteyib: “Bu sebebden bu qurum Azerbaycana göndermeyi planlaşdırdığı müşahide missiyasını leğv etmeye mecbur olub. Men hesab edirem ki, bizim yaxın terefdaşımız DTİHB seçkileri müşahide ede bilmirse, biz de Azerbaycanda seçkileri müşahide etmeyeceyik”. 


Oxunub 317 defe