Xəbərlər ::

HADİSƏ :: Nesimi Nebizade ile "Ana xeber" bloku – 24 Sentyabr

24-09-2015 20:03

GÜNÜN ŞERHİ

 

Angela Merkelin bu sürpriz açıqlamasını bir neçe prizmadan analiz etmek olar. Birincisi, Almaniya hazırda Yaxın Şerqden olan qaçqınların diger Avropa dövletlerinden ferqli olaraq, en çox üz tutduğu ve mühaciret etmek istediyi ölkedir. Kanslerin bu fikirlerini hazırda yaşanan qaçqın axınının ölkede daha ciddi sosial-iqtisadi problemlere çevrileceyini sığortalamaq baxımından uğurlu cehd kimi deyerlendirmek olar.

 

İkincisi, Merkelin danışıqlarda hazırda münasibetleri yaxşı olmayan Rusiya ve ABŞ, İran ve Seudiyye Erebistanın iştirakının vacib olduğunu bildirmesi de çox maraqlıdır. Çünki Yaxın Şerqde baş verenlerin mehz bu ölkeler arasındakı münasibetlerin gergin olması ucbatından başladığı heç kese sirr deyil. Alman kanslerinin bu çağırışını regionda münaqişenin hellinden başqa, adı çekilen ölkelerin de münasibetlerinde yumşaltma yaratmaq meqsedi daşıdığını proqnozlaşdırmaq da mümkündür. Ve en nehayet, deyesen Qerb son iller "ereb baharı" adı altında Yaxın Şerq ve Şimali Afrikada planlaşdırıb heyata keçirdiyi inqilabların Suriyada iflasa uğradığını ve bu münaqişeden özünün de kifayet qeder zerer gördüyünü anlayıb...


Oxunub 286 defe