Xəbərlər ::

SOSİAL :: Bu il Azerbaycanda uşaqlara en çox bu adlar qoyulub - SİYAHI

25-09-2015 11:38

 

Bu ilin 9 ayı erzinde Azerbaycanda doğulan uşaqlara qoyulan adlar arasında üstünlük teşkil eden adların siyahısı açıqlanıb.

 

Edliyye Nazirliyinden APA-ya verilen melumata göre, oğlan adları arasında en çox populyarlıq qazanan ad Yusifdir. Bele ki, 9 ay erzinde doğulmuş oğlan uşaqlarından 2380 nefere Yusif adı verilib. Daha çox qoyulan oğlan adlarının arasında Eli (1686), Hüseyn (1668), Murad (1033), Mehemmed (1006) adları da var.

 

Qız adları arasında populyarlıq qazanan ad Zehra adıdır. Bele ki, 9 ay erzinde 2348 nefer Zehra adı verilib. Yeni doğulan qız uşaqlarına verilen adlar arasında üstünlük teşkil eden diger adlar ise Nuray (1699), Fatime (1507), Aylin (1194), Zeyneb (1128), Ayan (1033) adlarıdır.

 

Qeyd edek ki, bu adlar hem de son beş il erzinde en çox qoyulan adlardır.

 

Onu da qeyd edek ki, son beş il erzinde oğlan uşaqlarına qoyulan adlardan İlkin (1268), Adem (1247), Röyal (1227) adları en az populyarlıq qazanan adlardır.

 

Qız adlarından en az qoyulan adlar ise Güler, Esmer ve Arzu adlarıdır. Bele ki, son beş ilde doğulan qız uşaqlarından 1397 nefere Güler, 1364 nefere Esmer,  1304 nefere ise Arzu adı verilib.  


Oxunub 230 defe