Xəbərlər ::

SİYASƏT :: Müsavat funksioneri: “AXCP-de seçkiler edaletli olmayacaq”

25-09-2015 12:52

 

 

“AXCP tarixinde ilk defe Eli Kerimliden başqa sedrlik postu uğrunda mübarize aparan namized var. Sahib Kerimli haqlı olaraq teklif edir ki, seçkiler gizli keçirilsin”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Nemet Kerimli deyib.

 

N. Kerimli bildirib ki, AXCP de daxil olmaqla, istenilen teşkilatın strukturlarına seçkilerin azad keçirilmesi üçün sesvermenin gizli olması vacibdir: “Men hesab edirem ki, AXCP-nin qurultayında partiyanın strukturlarına keçirilen seçkiler azad ve edaletli olmayacaq. Çünki seçkilerle bağlı qebul olunmuş standartlar var ve 2002-ci il ilde Venesiya Komissiyası tövsiye xarakterli telimat yayıb. Orada üzv dövletlerde seçkilerin azad keçirilmesi üçün emel olunacaq şertler açıqlanıb. Bu şertlerden biri gizlilik prinsipinin qorunmasıdır. Yeni sesverme gizli keçirilmelidir. Eger seçkiler gizli deyilse, demeli, azadlıqdan danışmaq düz deyil. Çünki açıq sesverme zamanı digerinin tesir dairesine düşmek ehtimalı böyükdür”.

 

N. Kerimli qeyd edib ki, seçkilerin edaletli keçirilmesi üçün Say Komissiyası her iki terefin etimadına uyğun formalaşdırılmalıdır: “Ancaq Müsavat Partiyasından ferli olaraq, AXCP-de açıq sesvermeye üstünlük verilir. Bu ise seçkilerin azad keçirileceyini şübhe altına alır”.

 

Qeyd edek ki, AXCP-nin qurultayı sentyabrın 27-de keçirilecek. Partiyanın Reyaset Heyetinin üzvü Sahib Kerimli AXCP sedrliyine namizedliyini açıqlayıb.


Oxunub 258 defe