Xəbərlər ::

HADİSƏ :: "Qanlı döyüşde düşmen xeyli sayda itki verib" - Müdafie Nazirliyi

26-09-2015 10:11

 

Sentyabrın 25-de qoşunların temas xettinde düşmenin mövqelerimize basqın etmeye cehd göstermesi neticesinde ağır ve qanlı döyüş baş verib. Payiz.Az-ın Müdafie Nazirliyinin saytına istinaden verdiyi melumata göre, ermeni herbi birleşmelerinin iriçaplı silahlardan, elece de 82 millimetrlik minaatanlardan istifade etmesi neticesinde Silahlı Qüvvelerimizin bir nefer herbi qulluqçusu esger Memmedov Elşen Vaqif oğlu şehid olub, 3 herbi qulluqçumuz yüngül qelpe yaraları alıb. Onlara ilkin tibbi yardım gösterilib. Veziyyetleri kafidir: "Müdafie Nazirliyinin rehberliyi şehidimizin yaxınlarına derin hüznle baş sağlığı verir ve sebr dileyir. Bildiririk ki, şehidlerimizin qanı hemişe olduğu kimi, bu defe de yerde qalmayacaq".
 

Silahlı Qüvvelerimizin bölmelerinin düşmene qarşı güc tetbiq etmekle heyata keçirdiyi adekvat tedbirler zamanı ona endirilen raket-artilleriya zerbeleri neticesinde qarşı terefin 4 herbi qulluqçusu mehv edilib ve 16 neferedek yaralısı var. Onlardan 10 neferi ağır veziyyetdedir.

 

Silahlı Qüvvelerimizin bölmeleri bütün cebheboyu emeliyyat şeraitine tam nezaret edir, düşmenin istenilen hereketinin qarşısı daha üstün silahlar tetbiq edilmekle qetiyyetle alınır. 

 

Müdafie Nazirliyi bir daha bildirir ki, cebhede veziyyetin gerginleşdirilmesine göre mesuliyyet Ermenistanın herbi-siyasi rehberliyinin üzerine düşür.

 


Oxunub 299 defe