Xəbərlər ::

SİYASƏT :: Elmar Memmedyarov Nalbandyanla görüşüb

26-09-2015 14:39

 

Xarici işler naziri Elmar Memmedyarov 25 sentyabr 2015-ci il tarixinde BMT Baş Assambleyasının 70-ci sessiyası çerçivesinde ATET Minsk Qrupunun hemsedrleri (Amerika Birleşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) ve ATET-in Fealiyyetde olan sedrinin şexsi nümayendesi Andrej Kaspişikin iştirakı ile Ermenistanın xarici işler naziri Edvard Nalbandyanla görüşüb.

Nazir Elmar Memmedyarov terefinden Ermenistan-Azerbaycan münaqişesinin helli ile elaqedar Azerbaycanın mövqeyi qeti şekilde bir daha vurğulanıb. Ermenistanın Azerbaycan erazilerini işğalına esaslanan mövcud status-kvonun qebuledilmez ve qeyri-davamlı olduğunu deyen Elmar Memmedyarov Azerbaycanın öz erazilerinin işğalı ile heç zaman barışmayacağını bildirib.

Nazir Ermenistanın müxtelif texribatçı addımlar, o cümleden qoşunların temas xetti ve Ermenistan-Azerbaycan serhedi boyunca veziyyetin gerginleşdirilmesi ile danışıqlar prosesine xelel getirmek meqsedi güddüyünü qeyd edib. Ermenistanın esl meqsedinin tecavüz ve işğalın davam etdirilmesi olduğunu bildirib. Ermenistanın her vechle esl etimad quruculuğu tedbiri olacaq Azerbaycanın Dağlıq Qarabağ bölgesinin azerbaycanlı ve ermeni icmasında temaslara imkan vermediyi diqqete çatdırılıb.

Elmar Memmedyarov bir daha vurğulayıb ki, münaqişenin helli üçün Ermenistanın Azerbaycana qarşı işğalına son qoyulmalı ve işğal olunmuş erazilerinden Ermenistanın silahlı qüvveleri çıxarılmalıdır.

Nazir Elmar Memmedyarov terefinden qeyd olunub ki, Azerbaycan münaqişenin helli üçün danışıqlar prosesinde iştirak edir. Lakin danışıqların neticesinde Azerbaycanın Ermenistan terefinden işğal olunmuş erazileri işğaldan azad olunmazsa, Azerbaycan öz erazi bütövlüyü, suverenliyi ve serhedlerinin toxunulmazlığını temin etmek üçün bütün zeruri addımları atacaq.

Nazir işğalçı ve tecavüzkar dövlet kimi atılacaq her hansı addımın bütün mesuliyyetinin tam şekilde Ermenistanın üzerine düşdüyünü vurğulayıb.

 


Oxunub 248 defe