Xəbərlər ::

SİYASƏT :: Nesimi Nebizade ile "Ana xeber" bloku – 26 Sentyabr

26-09-2015 20:34

ABŞ ve Çin arasında geosiyasi xarakterli ziddiyyetlerin olduğu sirr deyil. Xüsusen Pekinin Cenubi Çin denizindeki mübahiseli adalar üzerinde öz suverenliyini tesbit etmeye çalışması, orada yerleşen zengin tebii ehtiyatlara, eyni zamanda strateji ehemiyyetli kommunikasiyalara sahib çıxmaq istemesi ABŞ-ın müqavimeti ile üzleşir.

 

Vaşinqton bu meselede eyni adalara iddia eden Vyetnam, Filippin, Malayziya, Tayvan kimi ölkelerin terefinde çıxış edir. ABŞ-ın hemin regionda - esasen Yaponiyada 100 minlik herbi kontingent saxlaması Çin üçün başlıca çekindirici amildir. Bundan başqa, Tayvan meselesi, Çinde insan haqları ve dini azadlıqlarla bağlı veziyyet ve bir sıra diger problemler de var ki, iki ölke arasında zaman-zaman soyuqluğa, qarşılıqlı qınaqlara sebeb olur.

 

Lakin maraqlıdır ki, bütün bu problemler ve geosiyasi maraq toqquşmaları Çin ve Amerika arasında iqtisadi emekdaşlığa qetiyyen mane olmur ve bu emekdaşlıq dünya iqtisadiyyatı ve ticaretinde çox önemli çekiye malikdir. Dünya üzre bütün Ümumi Daxili Mehsulun üçde birini tekce bu iki dövlet istehsal edir. Bu gün ABŞ Çinin en böyük ticari terefdaşıdır. İki ölke arasında qarşılıqlı ticaretin hecmi 500 milyard dolları ötür.

 

Müqayise üçün deyek ki, 2014-cü ilde Çinin Rusiya ile ticareti 90 milyard dollara yaxın olub ve Çinin xarici ticaretinde Rusiyanın payı cemi 2 faizdir. 2015-ci ilden etibaren ise Rusiya-Çin iqtisadi emekdaşlığı tenezzüle doğru getmeye başlayıb. Bele bir durumda Kreml strateqlerinin arzuladığı anti-Amerika xarakterli Rusiya-Çin ittifaqının qurulması qeyri-mümkün görünür. Çin-Amerika emekdaşlığı ise o qeder genişmiqyaslı ve derindir ki, en ciddi siyasi problemler bele, bu iki dövletin emekdaşlığına mane olmur...

" frameborder="0" allowfullscreen>


Oxunub 319 defe