Xəbərlər ::

DÜNYA :: Almaniya Esede olan münasibetini deyişir

27-09-2015 18:27

Almaniya kansleri Angela Merkel Brüsselde Avropa İttifaqının növbedenkenar zirve görüşünden sonra keçirilen metbuat konfransında bildirib ki, Suriya münaqişesinin nizama salınması üçün “bir çox elaqedar şexsle” dialoq aparmaq lazımdır. Kansler daha sonra teklifinin en mühüm ikinci hissesini seslendirib: “...o cümleden Esed ile”.

Almaniya hökumeti indiyedek ancaq Suriya liderinin istefaya getmesini teleb edirdi. Amma qaçqınların Avropaya ve ilk növbede Almaniyaya axını, İŞİD terrorçu qruplaşmasının mövqelerinin möhkemlenmesi, görünür, hökumetin siyasi kursunun tedricen deyişmesine sebeb olub.

Almaniyanın xarici işler naziri Frank-Valter Ştaynmayer artıq bu ilin evvellerinde qezetlerin birine müsahibesinde bildirmişdi ki, prinsip etibarile Suriya rehberliyi ile danışıqlar imkanını istisna etmir.Azertac


Oxunub 318 defe