Xəbərlər ::

HADİSƏ :: Bineqedide yanmış binaya temirden sonra sakinlerin köçürülmesine başlanıb

28-09-2015 13:52

 Bu il mayın 19-da Bakının Bineqedi rayonunda yanmış binada aparılan temir-tikinti işleri tam başa çatdırılıb.

 

Bu günden başlayaraq sakinlerin binaya köçürülmesi prosesine start verilib.

 

“Azeraqrartikinti” Şirketinin sahe reisi Vüqar Eliyev APA-ya açıqlamasında bildirib ki, binada menzillerin esaslı temir işleri tam başa çatdırılıb. Onun sözlerine göre, öten 4 ay erzinde 500 fehle ve usta 24 saat erzinde fasilesiz iş rejiminde çalışıb ve Qurban bayramı erefesinde esaslı temir işleri tam yekunlaşıb. Ümumilikde binada 59 menzil esaslı temir olunub. Menziller mebel ve meişet avadanlıqları ile temin edilib.

 

Binaya köçen ilk sakinlerden olan Xanım Memmedova 9-cu mertebede yerleşen menzilinin esaslı temir olunduğunu ve razı qaldığını deyib.

 

Qeyd edek ki, mayın 19-da çoxmertebeli binada baş veren yanğın neticesinde 15 nefer ölüb. Binada esaslı temir ve yenidenqurma işleri aparılması üçün 3 milyon manat ayrılıb.   


Oxunub 318 defe