Xəbərlər ::

SOSİAL :: Azerbaycanda pensiya yaşı artırıla biler

28-09-2015 15:31

“Cemiyyetde, istehsalatda insanların iş fealiyyeti ve yaxud peşe fealiyyeti müddetleri ile pensiyaya çıxma yaşı arasında müeyyen uyğunluq olmalıdır”.

 

"APA-Economics"in verdiyi xebere göre, bunu Dövlet Sosial Müdafie Fondunun (DSMF) sedri Elman Mehdiyev deyib.

 

DSMF sedrinin sözlerine göre, demoqrafik göstericilerin nezere alınması ve dövri olaraq tenzimlenmesi pensiya sistemlerinin qarşısında olan mühüm vezifedir: “Cemiyyetde, istehsalatda insanların iş fealiyyeti ve yaxud peşe fealiyyeti müddetleri ile pensiyaya çıxma yaşı arasında müeyyen uyğunluq olmalıdır. Bu gün büdceden maliyyeleşen teşkilatlarda çalışma dövrü 65 yaşdır. Amma bizim pensiya yaşı kifayet qeder aşağıdır. Tebii ki, bu da bir uyğunsuzluq ifade edir. Öten dövrde biz bu istiqametde müeyyen tedbirler aparmaqla, demoqrafik göstericilerin tenzimlenmesi üzerinde uğurlu bir fealiyyeti yekunlaşdırmışıq. Amma uzun müddetli perspektiv üçün bizim maliyye dayanıqlığına nail olmaq meqsedi ile qeyd edilen istiqametlerde tedbirlerin reallaşdırılması zeruriliyi bizim apardığımız aktuar tedqiqatlarla ortaya qoyulub”.

 

E.Mehdiyev pensiyaya çıxma yaşının artırılıb-artırılmayacağını bele şerh edib: “Yaxın günlerde bu aktuar tedqiqatların neticeleri ictimaiyyete açıqlanacaq. Burda müxtelif alternativler var. Bir sıra meselelere pensiya yaşını deyişdirmekle real, optimal seviyyeye çatırlar. Bir sıra hallarda gözlenilen pensiya ödenişi müddetinin deyişdirilmesi yolu ile bu, balanslaşdırılır. Amma hansı variant seçilmelidir? Azerbaycan üçün hansı variant daha elverişli ola biler? Bunun üçün müeyyen alternativler ortaya qoyulur. Yalnız o alternativlerden sonra biri seçilir. Bu barede her hansı fikir demek hele ki, tezdir”.    

 


Oxunub 298 defe