Xəbərlər ::

SİYASƏT :: R. Sekuta: “Tәmas xәttindә baş verenler bizi narahat edir”

28-09-2015 20:19

“Azerbaycan ve Ermenistan qoşunlarının tәmas xәttindә baş veren hadisәlәr bizi narahat edir”.

 

APA-nın melumatına göre, bunu ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.

 

Onun sözlәrinә görә, ABŞ tәrәflәri bir araya gәlәrәk problemi danışıqlar yolu ilә hәll etmәyә çağırır: "Bu günlәrdә cәnab Uorlik hәr iki ölkәnin xarici işlәr nazirlәrinin görüşünü tәşkil etdi. İlin sonunadek prezidentlәrin görüşünün tәşkil edileceyinә ümid edirik. Son yaşanan gәrginlik xalqların arzuladığı vә ölkә rәhbәrlәrinin münaqişәnin sülh yolu ilә hәlli barәdә bәyanatları ilә üst-üstә düşmür”.

 

Sәfir Ermәnistan prezidentinin Dağlıq Qarabağı Ermәnistanın bir hissәsi hesab etmәsi barәdә bәyanatına da münasibet bildirib: "Hәr iki tәrәfdәn bәyanatlar olub. Münaqişәnin dinc yolla hәll edilmәsi, irәliyә addım atılması üçün tәrәflәr bir araya gәlmәli ve birgә işlәmәlidirlәr. Bunun üçün ATӘT tәrәfindәn tәsbit olunmuş müәyyәn qaydalar var. Hәmsәdrlәrin gәrginliyi azaltmaq vә münaqişәni danışıqlar yolu ilә hәll etmek çağırışlarına istinad edirәm”.


Oxunub 363 defe