Xəbərlər ::

SOSİAL :: “O uşaqları tecrid etmemişik” - REPORTAJ

29-09-2015 11:38

“Onun uşaqlara qarşı heç bir aqresiyası yoxdur. Eksine, uşaqları çox sevir. Hetta uzaqda balaca bir uşaq gören kimi tez isteyir qarşısına qaça, onunla oynaya…”

 

 

Bunu hazırda Bakı şeheri 220 nömreli mekteb-liseyin 1”a” sinfinde oxuyan “Daun” sindromlu 8 yaşlı Elşen Eliyevin ( ad şertidir) anası deyir.

 

Onunla yaxından hemsöhbet olub, tanımasan hansısa bir qüsurunun olduğunu bilmezsen.

 

Mektebe bir il gec qalsa da, bu ilden birinci sinfe geden Elşen mektebini, sinif yoldaşlarını çox sevir.  Her gün seher tezden özü oyanıb sevine-sevine mektebe gelir.

 

 

 

Anasının dediyine göre, Elşende bele bir problemin olduğu 2 yaşında iken belli olub.

 

- Doğulanda heç bir qüsuru yox idi. 2 yaşında artıq hiss eledik ki, nitqinde lengime, hiperaktivlik, diqqet eskikliyi var. Hetta “ ana” sözünü de ilk defe 5 yaşında deyib.  Mektebe gedenden yavaş-yavaş cümleler qurmağa başlayır.

 

 

 

 

Elşenin oxuduğu 220 nömreli mekteb-liseyin direktoru Almaz Esgerova bu ilden başlanan inkluziv tehsil sisteminde uğur elde edeceklerine inanır:

 

 

- İnkluziv tehsille bağlı Tehsil Nazirliyin emrine esasen, Bakıdan bir 138 nömreli, bir de bizim mekteb seçilib. Bu merheleye ilkin addımı atmadan evvel Almaniyanın Düsseldorf şeherindeki mektebe telime getdik. 

 

 

Hele ki, heç bir çetinlik yaşanmadığını deyen A.Esgerova, eslinde bu cür addım atılmasını teqdirelayiq hesab edir:

 

- Bizde aileler bu cür övladlarını gizletmeye çalışırlar. Ancaq bu uşaqları evin bir künce sıxılaraq qapalı heyat yaşamaqda xilas etmek, onlara kömek etmek mütleqdir. Bu uşaqları sosiallaşdırmaq lazımdır. Sadece uşaqlar deyil, onların valideynlerini de cemiyyetde tek qoymaq olmaz.

 

 

Bes, göresen bu uşaqlar da digerleri kimi derslerini yaxşı qavrayıb, gündelik derse cavab vere bilirlermi?!

 

 

 

A.Esgerovanın sözlerine göre, bu cür uşaqların tehsile yönlendirilmesinde eslinde yegane meqsed onlara neyise ezberledib, danışdırmaq deyil, bacarıqlarını inkişaf etdirmekdir.

 

- Hazırda bizim mektebde inkluziv tehsil üçün iki sinif mövcuddur ki, bu siniflerin birinde 2, digerinde 1 bele qüsurlu uşaq oxuyur. Onu da qeyd edim ki, normal uşaqlarla eyni sinifde oxuyurlar, tecrid etmemişik.

 

 

 

 

Tehsil almaq üçün bu günden hemyaşıdlarının sırasına qoşulan bele desek “balaca qehremanlarımız “ la tanış olmaq üçün siniflerine getdik.

 

 

1 “a” sinfinde bayaq  haqqında danışdığımız Elşen ve autizm xestesi olan Aygün (ad şertidir) oxuyur.

 

 

Uşaqlarla söhbet zamanı, düz qarşımda eyleşen balaca qızcığaz mene yaman diqqetle baxırdı. Yaxınlaşıb adını soruşdum.

 

 

- Aygün.

 

Anasının dediyine göre, onda bu problem 3 yaşdan büruze verib.

 

 

- Qandakı şeker seviyyesi aniden düşüb. Hekimler terefinden inkişafdan geriqalma diaqnozu qoyulub. Evveller yazı yazmağa, heç neye hevesi yox idi. İndi müellimin dediklerini etmek üçün çox heveslidir.

 

 

Aygünle söhbetleşdikden  sonra, xatire qalsın deye, uşaqlarla şekil çekdirdim.

 

 

 

Şekil çekdirenden sonra Elşen derhal yanıma qaçıb, “ Bu nediyee, he?” - deye, maraqlanır.

 

- Telefondur, Elşen. Senin de telefonun var?

- He...

 

 

 

 

 

 

Sinfin müellimesi İlahe İsmayılova hele ki, bu uşaqlarla çalışmağın çetin olmadığını deyir:

 

- Allaha şükür. Derslerimiz normal qaydada gedir.

 

 

 

 

 

Uşaqlarla sağollaşıb, qüsurlu olan diger uşaq Rehimin ( ad şertidir) oxuduğu 1 “b” sinfine keçirik.

 

 

7 yaşlı Rehime 3 yaşında iken hekimler “inkişafdan geriqalma” diaqnozu qoyub.

6 aylıq iken emgeyi şişib, tezyiqi yüksek olduğundan travma alıb.

 

 

 

 

Men sinfe girende uşaqlar derse fasile edib qelyanaltı edirdiler.

 

 

Rehim ise “ men su içirem, men bunu xoşlayıram “ deye-deye, şiresini içirdi.

 

İlk evvel bütün uşaqları ümumi danışdırıb, Rehime yaxınlaşdım.

 

-         Rehim, necesen?

-         Yaxşııı...

-         Neçe yaşın var senin?

-         Yeddi

-         Ne edirsen?

-         Su içirem

-         Mektebi xoşlayırsan, Rehim?

-         Men suyu çox isteyirem...

 

 

Ele bu an suyunu masaya dağıtdığı üçün qorxur sanki

 

-  Hiii...Tök...

 

 

 

Sinfin müellimesi Tünzale Babayeva mektebin ilk günlerinde işlemeyin bir az çetin olduğunu, indi onların da artıq derse, qaydalara uyğunlaşdıqlarını deyir.

 

Bu uşaqlarla da şekil çekdirdikden sonra yene geleceyime söz verib sinifden çıxdım.

 

Onu da qeyd edim ki, inkluziv tehsil üzre mektebe gelen bu 3 uşaq üçün mektebde ayrıca istirahet otağı da var. Uşaqların yorulduğunu hiss eden pedaqoq onları bu otağa keçirib ayrılıqda meşğul olur, dincelmeleri üçün imkan yaradır.

 


Oxunub 642 defe