Xəbərlər ::

HADİSƏ :: Kamal Abdulla yay mektebinin iştirakçıları ile görüşüb

28-07-2015 16:27

Bakı Beynelxalq Multikulturalizm Merkezi (BBMM), Azerbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ve Bakı Slavyan Universitetinin teşkilatçılığı ile keçirilen «Multikulturalizm Azerbaycanda heyat terzi kimi: öyren, araşdır ve paylaş» adlı beynelxalq yay mektebi Nabran Tehsil İstirahet Merkezinde  milletlerarası, multikulturalizm ve dini meseleler üzre Dövlet müşaviri, BBMM-in Himayeçilik Şurasının sedri, akademik Kamal Abdullayevin iştirakçılarla görüşü ile yekunlaşıb. Merkezden Payiz.Az-a verilen melumata göre, BSU-nun Azerbaycan edebiyyatı kafedrasının müdiri, professor Rehile Qeybullayevanın moderatorluğu ile keçen edebi görüşde emekdar incesenet xadimi, yazıçı Natiq Resulzade, Azerbaycan Yaradıcılıq Fondunun nümayendesi, şair Qismet Rüstemov iştirak edib.

R. Qeybullayevanın ümumi teqdimatından sonra N.Resulzade ve Q. Rüstemov yay mektebinin iştirakçılarına evvelce öz yaradıcılıqları, elece de Azerbaycan edebiyyatı haqqında ümumi melumat verib.

Dövlet muşaviri K.Abdullayev yay mektebinin iştirakçılarını salamlayıb. Akademik bildirib ki, görüşe mehz Natiq Resulzade ve Qismet Rüstemovun çağırılması tesadüfi deyil: « Onlarla kitabın müellifi Natiq Resulzade Azerbaycan prozasını Avropada ve dünyada çox yaxşı temsil edir. Qismet sadece şair deyil, hem de yaxşı edebiyyatçıdır, sözü hiss edir. O, genc olmasına baxmayaraq, artıq Azerbaycan edebiyyatında öz yerini tutub. Rehile xanım tenqid ve edebiyyatşünaslıq sahesinde böyük uğurlar qazanaraq tekce ölkemizde deyil, Amerika, Avropa ve Yaponiyada da tanınıb, oranın meşhur universitetlerinde mühazireler oxuyub. Hesab edirem ki, bu edebiyyatçılarla tanışlıq size Azerbaycanın müasir prozası ve poeziyası ile tanış olmağa imkan yaradacaq».

K. Abdullayev deyib ki, Azerbaycan edebiyyatı «Kitabi -Dede Qorqud»dan başlayıb: «Azerbaycan edebiyyatçıları  «Kitabi-Dede Qorqud»un şinelinden çıxıb. Bu, zaman tanımayan eserdir. Bu dastanın bezi meqamları antik yunan mifoloji motivleri ile eynilik teşkil ederek, bizi qedim mifologiya dövrüne aparır. Alman alimi Haynrix Fridrix fon Dits de de qeyd edib ki, «Kitabi-Dede Qorqud»da bezi motivler qedim yunan mifleri ile paraleldir. Bu dastanın Avropada neşrinin ve tanınmasının 200 illiyi ile bağlı Azerbaycan Prezidenti İlham Eliyev de xüsusi Serencam imzalayıb. Diqqetinizi bu faktlara yöneltmekle bildirmek isteyirem ki, Azerbaycanın Renessans edebiyyatının nümayendeleri Nizami, Nesimi, Füzuli bu eserden menevi şekilde yararlanıblar. Sonda bir misalla fikrimi yekunlaşdırmaq isteyirem:  XII esrde Azerbaycsanın qedim şeheri Gencede yaşayıb-yaradan ve hele o zamandan bütün dünyada meşhur olan Nizami Genceviye yazdığı esere göre  hökmdar hediyye olaraq Afaq adlı keniz gönderib. Nizami hemin qadına aşiq olub ve onunla evlenib. Bu qadın tamam başqa medeniyyetin daşıyıcısı, başqa xalqın nümayendesi idi. Bu, esl multikulturalizm hadisesidir».

BSU-nun rektoru, professor Asif Hacıyev çıxışında Azerbaycanda kitab neşrinin müasir durumu ile bağlı telebelere melumat verib. Sonda yay mektebi iştirakçılarının sualları cavablandırılıb, her bir ölkenin nümayendesi öz dilinde şeirler söyleyib.

Beynelxalq yay mektebinin Nabran hissesinin bağlanışı iştirakçıların arasında keçirilen «Yallı» reqs müsabiqesi ile başa çatıb, bütün telebeler müxtelif davranış nominasiyaları üzre seçilerek müükafatlandırıblar.  


Oxunub 670 defe