Xəbərlər ::

HADİSƏ :: Ermeni mövqelerine 93 ateş zerbesi endirilib

30-09-2015 09:49

Ermeni silahlı bölmeleri cebhenin müxtelif istiqametlerinde 60 ve 82 millimetrlik minaatanlardan, hemçinin iriçaplı pulemyotlardan da istifade etmekle sutka erzinde ateşkes rejimini ümumilikde 71 defe pozub.

 

Payiz.Az-ın Müdafie Nazirliyine istinaden xeberine göre, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Terter rayonunun Çilebürt, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Cevahirli, Şıxlar, Merzili, Xocavend rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbeyli, Qorqan, Aşağı Veyselli kendleri yaxınlığında, hemçinin Göygöl, Goranboy, Xocavend ve Füzuli rayonları erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden de Silahlı Qüvvelerimizin mövqeleri ateşe tutulub.

 

Azerbaycan Silahlı Qüvveleri emeliyyat şeraitini nezere alaraq düşmenin ateş nöqtelerine, mövqelerine ve sengerlerine 93 defe ateş zerbesi endirib.


Oxunub 318 defe