Xəbərlər ::

DÜNYA :: Seudiyyede inqilab sesi: şahzadeler kral Salman devrilir

30-09-2015 12:13

 

Seudiyye Erebistanını idare eden kral ailesine mensub şexslerden biri kral Kral Salmanı devirmekle bağlı çağırış edib. Payiz.Az "The Guardian"a istinaden xeber verir ki, Hecc ziyaretinin keçirildiyi dövrde baş veren facieler kralın taxtını xeyli laxladıb. Bele ki, ölkenin qurucusu olan Kral Abdülaziz bin Seudun yüzlerle nevesinden biri olan şahzadelerden biri internetdeki sehifesi vasitesi ile iki mektub yayımlayıb ve bu mektublarda aile üzvlerinin krala etimadsızlıq göstermesini xahiş edib.

 

"The Guardian"a açıqlama veren şahzade bildirib ki, kral ailesinin bir sıra diger üzvleri de onunla hemfikirdir: “Eslinde kralın veziyyeti stabil deyil ve ölkeni onun oğlu idare edir”.

 

“Üsyankar” şahzade bir müddet evvel vefat eden Kral Abdülazizin sağ olan övladlarının bezilerinin Kral Salmanın taxtdan salınmasına çalışdığını iddia edib: “Yaxın vaxtlarda emilerim bir araya gelib hemin mektubları müzakire edecek. Emim oğullarıyla birge plan hazırlayırıq ve bu plan bizi meqsedimize çatdıracaq. Eminik ki, Salmanı taxtdan sala bileceyik, çünki xalq da ondan narazıdır. Müxtelif kesimlerden, eşiretden de destek gelir. Eger biz bunu etmesek, ölke felakete yuvarlanacaq”.

 


Oxunub 294 defe