Xəbərlər ::

İDMAN :: Qurban Qurbanov: "3 xal qazana bilerik"

30-09-2015 15:40

“Çox süretli ve istekli komandaya qarşı oynayacağıq. Yeni qurulmuş komandadı. Amma “Anderlext” hemişe öz transferlerine göre çoxlarından üstün olub”. Apasport.az saytının melumatına göre, bu sözleri “Qarabağ”ın baş meşqçisi Qurban Qurbanov deyib.

 

Ölkemizi Avropa Liqasında temsil eden Ağdam klubu qrup merhelesinin ikinci turu çerçivesinde sabah “Anderlext”le qarşılaşacaq. Oyundan önce metbuat konfransı keçiren Qurbanov enenevi olaraq, ehtiyatlı danışıb: “Reqibin heyetinde ustalıq seviyyesi yüksek olan oyunçular çoxdu. Bu vaxta qeder “Anderlext”in bir neçe üzvü iddialı klublara keçib. Diqqetli olmalıyıq. Hele o vaxt demişdim ki, bu cür komandaların Bakıya gelmesi futbolumuzun inkişafı üçün tekandı. Her bir oyunçumuz derk edir ki, sabah istekli, süretli oynamalıyıq. İnanıram ki, futbolçularım bunu bacaracaq. Netice üçün elimizden geleni edeceyik”.

 

- Çumbinyo sabahkı görüşde iştirak edecekmi?

- Xeyr, hazır deyil. Ola bilsin, növbeti matçlarda ondan istifade edek.

 

- Sabah Avrokubokda yubiley oyununuza çıxacaqsız...

 - Oyun sayının önemi yoxdu. Biz bütün görüşlerde, esas da Bakıda yaxşı netice elde etmek isteyirik. İnanıram ki, futbolçularım istekli oynayıb, ellerinden geleni edecekler. Sabah bize psixoloji hazırlıq da çox lazım olacaq. İsterdim ki, oyunu qelebe ile başa vuraq. Amma reqibin de gücünü deyerlendirmeliyik.

 

- Komandada ehval-ruhiyye necedi? Futbolçular arasında gerginliyin olduğu haqda xeberler yayılıb...

- Ehval-ruhiyye yaxşıdı. O cür xeberler hardan çıxıb, bilmirem. Amma şükürler olsun ki, komandada her şey yaxşıdı. Futbolçular arasında insidentin baş vermesini ne men görmüşem, yeqin ki, ne de siz eşitmisiz. Bele şeyler mene çatmır.

 

- Siz de derk edirsiniz ki, ikinci meğlubiyyet qrupdan çıxmaq arzumuzu üreyimizde qoyacaq. Sabah risk edib, meydana 2 hücumçu buraxacaqsızmı? Bir de komandada psixoloji hazırlıqla bağlı iş gedirmi?

- Psixoloq barede mene çox sual verilib. Menim komandama psixoloq lazım deyil. Çünki özüm futbolçularla tez-tez söhbet edirem. Bu, tam başqa sahedi. Hem futbolçular mene inanır, hem de men onlara. Biz “Tottenhem”e 1 qol vurandan sonra üçünü buraxdıqsa, “Mançester Siti” qol vurduqdan sonra 4-nü buraxdı. Burda psixoloji problemden söhbet gede bilmez. Normaldı ki, her qol vuran komandanı reqib mecbur edir ki, müdafieye çekilsin. Sabah heç bir psixoloji gerginlik olmayacaq. Futbolçularıma inanıram. Qelebe üçün ellerinden geleni edecekler. Men nadir hallarda 2 hücumçu meydana buraxıram. Amma bezen 3-4 hücumçu da oynadıram. Cinah oyunçularından bu gün başqa oyun teleb edilir. Sabah men Reynaldo sol ve ya sağ cinaha qoysam, siz ona yarımmüdafieçi kimi yox, hücumçu kimi baxacaqsız. Sabah yeri gelende 3 hücumçu da göre bilersiz, hücumda oynayan 6 futbolçu da. Biz hücumda ola-ola müdafie olunmağı bacarmalıyıq. Eyni zamanda, müdafiede oynayanda özümüzü hücumdakı kimi hiss edirik.

 

- Sabah heç-heçe qeyde alınsa, bunu uğurlu netice sayacaqsız?

- Men gösterdiyimiz oyuna daha çox deyer verirem. Eger komanda men düşündüyüm kimi oynasa, 1 yox, 3 xal da qazana biler.

 

- “Anderlext”in heyetinde daha çox kimi ferqlendirerdiz?

- Reqibin istedadlı oyunçuları var. Çox istekli ve süretlidiler. Okakanı xüsusi qeyd ederdim. İnsayd hücumçuları süretlidi. Merkez müdafieçileri ucaboydular, standart veziyyetlerde tehlükelidiler. Her xetde yaxşı seleksiya işleri aparıblar. Sağ müdafieçileri hem hücumda, hem müdafiede oynayır, meydanın her yerinde görünür. Bele komandaya qarşı oynamaq bizim üçün daha maraqlı olacaq.


Oxunub 326 defe