Xəbərlər ::

SOSİAL :: Dövlet fondu pensiya islahatları ile bağlı teqdimat keçirib

30-09-2015 16:36

 

Bu gün Dövlet Sosial Müdafie Fondu (DSMF) ve Dünya Bankının (DB) birge teşkilatçılığı ile "Azerbaycan Respublikasının pensiya teminatı sisteminde islahatların aktuar qiymetlendirilmesi" mövzusunda teqdimat keçirilib.

 

"APA-Economics"in xeberine göre, tedbirde beynelxalq teşkilatların, Azerbaycanın dövlet orqanlarının ve diger qurumların nümayendeleri iştirak edibler.

 

Tedbirde çıxış eden DSMF sedri Elman Mehdiyev bildirib ki, ölkemizde vahid prinsipler esasında fealiyyet gösteren ve bütün işleyen ehalini ehate eden, pensiyaların mebleğinin sisteme ödenilmiş sosial sığorta haqlarına bağlı olduğu, müasir çağırışlara çevik reaksiya veren sığorta-pensiya sisteminin inkişafı neticesinde beynelxalq tecrübede pensiya sistemleri qarşısında qoyulan mühüm vezifelerin helline nail olunub: "Bu nailiyyetlerden birincisi, ölkenin iqtisadi heyatı ile pensiyaçıların sosial müdafiesinin bazar iqtisadiyyatı prinsipleri esasında elaqelendirilmesinin temin edilmesidir. Azerbaycanın müasir esaslı sığorta-pensiya sistemi vasitesile iqtisadiyyatdakı emekhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları ve hemin haqlara göre teyin olunan pensiyalar helqesi qurulmuşdur ki, bu şeraitde ölke iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya celb olunan emek haqlarının artımı pensiya artımlarını da şertlendirir. Pensiyaların ve ferdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nezere alınmaqla her il indeksleşdirilmesi ise sistemin menfi fiskal tesirlerden semereli şekilde qorunmasını temin edir. Ölkedeki iqtisadi inkişafa uyğun olaraq orta aylıq emek haqqının artımı, daimi yeni iş yerlerinin açılması ve qeydiyyatın güclendirilmesi hesabına 2003-2015-ci iller erzinde Dövlet Sosial Müdafie Fondunun büdcesine daxil olmuş sosial sığorta haqlarının mebleği 9 defeden çox artıb. Bu artımlar, elece de pensiyaçıların sosial müdafiesinin güclendirilmesi meqsedile ayrılan elave dövlet desteyi hesabına pensiya xerclerinin ölkenin ÜDM-e olan nisbeti ehemiyyetli şekilde yükselmiş, 2003-cü ilde 3,9% teşkil etdiyi halda, 2015-ci ilde 5,1%-e çatmışdır".

 

E. Mehdiyevin sözlerine göre, sığorta-pensiya islahatları ile elde olunmuş ikinci esas nailiyyet dünya ölkeleri hökumetlerinin gündeliyinde olan çox mühüm bir problemin - qlobal yaşlanma fonunda deyişen demoqrafik tendensiyaların pensiya sistemine tesirinin uğurla tenzimlenmesidir. "Ölkemizde qurulmuş müasir esaslı sığorta-pensiya sistemi vasitesile bir terefden emek fealiyyeti gösteren 3 milyondan çox şexsin ferdi uçot esasında bilavasite öz gelecek pensiya teminatının iştirakçısına çevrilmesi, diger terefden ise sığorta-pensiya sistemindeki bir sıra elave hüquq ve imtiyazların demoqrafik göstericilere uyğunlaşdırılması, pensiya hüququ üzre yaş ve staja olan telebin tenzimlenmesine dair vaxtında qebul edilmiş düzgün preventiv qerarlar sistemin maliyye dayanıqlığı ve islahatların davamı üçün elverişli şeraiti temin etmişdir", - deye qurum rehberi bildirib.

 

"Üçüncüsü ve en esası ise pensiyaçıların sosial müdafiesinin güclendirilmesi ile pensiya islahatlarının eyni vaxtda aparılması siyasetinin neticesinde mövcud maliyye imkanlarının ölke ehalisinin 13,5 faizini teşkil eden pensiyaçılar arasında edaletli bölgüsüne nail olunması ve onların yoxsulluq probleminin esaslı şekilde öz hellini tapmasıdır. Ölkede yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitelerinden biri kimi pensiyaların davamlı artırılmasına dair Azerbaycan Prezidentinin qebul etdiyi ardıcıl qerarların neticesinde pensiyaların orta aylıq mebleği hazırda pensiyaçılar üçün yoxsulluq heddini 1,7 defe üsteleyir, halbuki 2003-cü ilde bu gösterici yoxsulluq heddinden 2 defe aşağı mebleğle ifade olunurdu. 2003-2015-ci iller erzinde emek pensiyalarının orta aylıq mebleği 9,5 defe artıb. Eyni dövrde yaşa göre pensiyaçılar üzre evezetme emsalı 29,3 faizden 43,4 faize çatdırılmışdır ki, bu da beynelxalq standartlara uyğundur", - deye E. Mehdiyev qeyd edib.

 

E. Mehdiyev vurğulayıb ki, bu gün ekser ölkelerin pensiya sistemlerinde maliyye dayanıqlığının temin edilmesi ve sosial proqramların icrası baxımından ciddi gerginlikler müşahide olunmaqdadır, Azerbaycanda ise vaxtında qebul edilmiş qerarlar ve reallaşdırılmış qabaqlayıcı tedbirler sayesinde ölkemizin pensiya sisteminin maliyye dayanıqlığı temin edilib.

 

"Bütün bunlarla yanaşı, Azerbaycanda uzunmüddetli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiesine nail olmaq meqsedile milli pensiya sisteminin inkişafında beynelxalq tendensiyaların nezere alınması ve pensiya teminatının daim yenilenen müasir teleblere uyğunlaşdırılması zeruridir", - deye o bildirib.

 

Bu sahede mühüm vezifelerin icrasını hedefleyen ve növbeti merhelede pensiya islahatının prioritet istiqametlerini müeyyen eden “2014-2020-ci illerde Azerbaycan Respublikasında pensiya teminatı sisteminin islahatı Konsepsiyası”nın ehemiyyetinden söz açan Fond sedri vurğulayıb ki, islahatlar çerçivesinde müeyyen olunan esas vezifelerden biri de pensiya teminatı sisteminin perspektiv inkişafının aktuar modelleşdirme esasında proqnozlaşdırılmasının temin edilmesidir.

 

Pensiya sistemlerinin beynelxalq inkişaf tendensiyalarına esasen, bu sahede iki strateji vezifenin hellinin hedeflendiyini vurğulayan E. Mehdiyev deyib ki, bunlardan birincisi sistemin uzunmüddetli maliyye dayanıqlığının, digeri ise pensiyaçıların adekvat gelir elde ede bilmesinin temin olunmasıdır: "Qlobal çağırışlar fonunda pensiya sistemleri süretle deyişen kenar amillere çevik adaptasiya imkanına malik olmalıdır. Bu kontekstde, aktuar tedqiqatlar qeyd edilen deyişikliklerin pensiya sistemlerine tesirinin qiymetlendirilmesinde, sistemin uzunmüddetli maliyye dayanıqlığının temin edilmesi ve etibarlı qorunması üçün zeruri islahat istiqametlerinin müeyyen edilmesinde mühüm rola malikdir".

 

Aktuar tedqiqatlara esaslanan proqnozlaşdırma ile bağlı müeyyen edilmiş vezifenin icrası meqsedile fond terefinden müxtelif strateji istiqametler üzre kompleks tedbirlerin heyata keçirildiyini söyleyen E. Mehdiyev ölkede mövcud pensiya sistemine adaptasiya olunacaq aktuar modellerin müeyyenleşdirilmesi ve tetbiqinin ortamüddetli perspektivde fondun esas strateji hedefi olduğunu qeyd edib. Öten dövrde DSMF ve DB arasında bu mesele ile bağlı geniş emekdaşlıq edilib, qurumun mütexessisleri terefinden PROST modeli vasitesile müxtelif pensiya sxemleri seçimlerinin simulyasiyaları esasında ölkemizin pensiya sisteminin mümkün inkişaf istiqametlerinin proqnozlaşdırılması aparılıb.

 

Fond sedri aparılmış aktuar qiymetlendirilmeler, tehlil ve araşdırmalar, habele beynelxalq inkişaf tendensiyaları ve pensiya teminatının daim yenilenen müasir telebleri, inkişaf etmiş ölkelerin tecrübesi esasında Azerbaycanın pensiya teminatı sisteminin uzunmüddetli maliyye dayanıqlığına ve pensiyaçıların etibarlı sosial müdafiesine nail olmaq üçün tövsiye edilen islahatlar barede etraflı melumat verib.

 

E. Mehdiyev ölkemizin pensiya teminatı sisteminin gelecek inkişafı ile bağlı qarşıya qoyulan hedeflerin reallaşdırılması baxımından zeruri islahat tedbirleri sırasında mühüm ehemiyyeti ön plana çekilen üç başlıca istiqameti teqdimat iştirakçılarının diqqetine çatdırıb.

 

Bunlardan birincisi pensiya teminatında sığorta prinsiplerinin güclendirilmesini nezerde tutur ve toplanan pensiya öhdelikleri ile yığılan maliyye vesaitlerinin balanslaşdırılmış tarazlığının temin edilmesi, sistem iştirakçılarına münasibetde ödenilen sosial sığorta haqlarının onun alacağı pensiya mebleğine mütenasib olmasının gözlenilmesini temin eden islahat tedbirleri ile bağlıdır. Hazırda ödenilen cemi sığorta haqqının yarısının ferdi hesablarda qeydiyyata alınması bu islahat tedbirini yüksek emekhaqqından sosial sığorta haqları ödeyen şexslere münasibetde daha aktual edir. Qeyd edilen halların aradan qaldırılması meqsedile pensiya kapitalının formalaşmasında ödenilen sosial sığorta haqlarının tam mebleğde nezere alınması kimi meselelere baxılması tövsiye olunur ki, bu sosial sığorta ödeyicilerine daha yüksek mebleğde pensiya teyin olunmasına teminat verir.

 

İslahatların ikinci vacib istiqameti dövletin öhdelikleri ile pensiya sisteminin öhdeliklerinin maliyye menbelerinin ferqlendirilmesini ehate edir. Bele ki, hazırda pensiya sisteminde bir sıra ödenişlerin mecburi dövlet sosial sığorta haqları ile bağlı olmaması pensiya sisteminin elave maliyye öhdeliklerinin yaranmasına sebeb olmuşdur. Pensiya sistemi üzerinde sığorta prinsiplerine esaslanmayan qeyd olunan  dövlet öhdeliklerinin maliyyeleşdirilmesine her il büdce transfertlerinden elave olaraq  sosial sığorta vesaitleri de yöneldilir. Gösterilenle elaqedar, sığorta-pensiya sisteminin uzunmüddetli inkişaf dövrü üçün maliyye dayanıqlığının daha da möhkemlendirilmesi ve bu sahede semereliliyin  artırılması meqsedile bölüşdürücü funksiya daşıyan şerti yığım sistemi çerçivesinde dövletin öhdelikleri ile sığorta-pensiya sisteminin öhdeliklerinin ferqlendirilmesi zerurete çevrilmişdir. Bu tedbirin reallaşdırılması ile sığorta-pensiya sisteminin elave serbest vesaitlere malik olması ve bunun pensiyaçıların sosial müdafiesinin güclendirilmesine yöneldilmesi hedeflenir.

 

Könüllü sosial sığortanın tetbiqi esasında mecburi dövlet sosial sığortasından elave teminata imkan veren mexanizmlerin formalaşdırılması islahatların üçüncü vacib istiqametini teşkil edir. Qeyd edilen islahat tedbiri emek pensiyalarının könüllü yığım komponentinin feallaşdırılması ve qeyri-dövlet pensiya institutlarının inkişaf etdirilmesini, bununla da vetendaşların pensiya teminatının güclendirilmesine elave imkanların yaradılmasını nezerde tutur. Diqqete çatdırılıb ki, könüllü sosial sığortanın tetbiqi mürekkeb merhele olmaqla, ölkede investisiya mühitinden, maliyye ve qiymetli kağızlar bazarının inkişafından ve sığorta-pensiya sisteminden kenar diger amillerden asılıdır ve beynelxalq tecrübe öyrenilmekle konseptual araşdırmaların aparılmasını zeruri edib. Bu sahede qebul edilecek qanunvericilikde könüllü sosial sığorta haqlarının toplanması mexanizmleri, vesaitlerin dövriyyesinden elde edilen gelirlerin ferdi uçotunun aparılması, idareedici şirketlere olan telebler, investisiya qaydaları, qeyri-dövlet pensiya fondlarının yaradılması ve fealiyyetinin teşkili, bu institutlarda öhdeliklerin yerine yetirilmesi üçün adekvat ve semereli teminat mexanizmlerinin formalaşdırılması ve effektiv idareetme sisteminin tetbiqi, qeyri-dövlet pensiyalarının teyinatı, ödenilmesi, bu sahede dövlet tenzimlenmesi ve nezaretinin esas istiqametleri ve diger meseleler öz eksini tapmalıdır. Bundan elave, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra elave mexanizmler tetbiq edilmelidir. DSMF-de reallaşdırılan layihe çerçivesinde beynelxalq ekspertler terefinden ölkemizde könüllü sosial sığortalanmanın tetbiqi sahesinde mütereqqi dünya tecrübesi esasında hazırlanan normativ hüquqi bazanın növbeti ayda ictimaiyyetin müzakiresine teqdim olunması nezerde tutulub.

 

DB-nin Azerbaycan üzre ölke meneceri Larisa Leşşenko Azerbaycanın pensiya sisteminde görülen işleri yüksek deyerlendirerek, bu sahede reallaşdırılan esaslı islahatların mühüm öneminden behs edib. Ölkemizin pensiya sisteminin gelecek inkişafı ile bağlı qarşıya qoyulan hedeflerin mütereqqi dünya praktikasına uyğunluğu qeyd edilerek, bu istiqametde kompleks islahat tedbirlerinin aktuar qiymetlendirmelerin neticelerine esaslanmasının vacibliyi vurğulanıb. Temsil etdiyi qurum ile Dövlet Sosial Müdafie Fondu arasında uğurlu emekdaşlığın mövcud olduğunu qeyd eden xanım Leşçenko bütün vacib istiqametler üzre, xüsusile pensiya sisteminin uzunmüddetli inkişafı üçün aktuar tehlillere esaslanan mexanizmlerin formalaşdırılması sahesinde emekdaşlığın davam etdirilmesinde maraqlı olduqlarını bildirib.


Oxunub 1238 defe