Xəbərlər ::

SOSİAL :: Metbuat Şurası iki qezetle bağlı şikayete baxıb

30-09-2015 17:30

Bu gün Azerbaycan Metbuat Şurasının Şikayetler üzre Komissiyasının iclası keçirilib.

 

MŞ-ın metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, iclasda ilk olaraq Ağstafadan «Şefeqe doğru» qezetinde geden bir sıra materiallarla bağlı Metbuat Şurasına ünvanlanan iki şikayet müzakire olunub. Metbu neşrin baş redaktoru Neymet Novruzlunun nezerine çatdırılıb ki, ister Ağstafa Rayon Merkezi Xestexanası, isterse de «Ağstafaçay» Hidroqovşağı İstismar İdaresi barede derc olunmuş yazılarda «Azerbaycan Jurnalistlerinin Peşe Davranışı Qaydaları»nın ekser prinsip ve bendlerinin telebleri pozulub. Ayda bir-iki defe çıxan qezetde hemin qurumların rehberliyinin mütemadi hedef götürülmesi, ittiham xarakterli fikirlerin birterefli qaydada qabardılması, bunların ne derecede heqiqete uyğunluğunun müeyyenleşdirilmesi üçün balansın gözlenilmemesi, qarşı terefin mövqeyinin teqdim olunmaması, yaxud hemin istiqametde cehdlerin gösterildiyine dair melumatların yer almaması peşe etikasının teleblerine etinasızlıqdır.

 

Komissiya qenaete gelib ki, «Şefeqe doğru»dan şikayet doğuran materiallarda, elece de diger yazılarda bele nöqsanların tekrarı qezetde peşekar mühitin olmamasından, bunun qerez, yaxud şexsi maraqdan qaynaqlandığından ireli gelir, yazılarda çoxsaylı dil, üslub qüsurlarının mövcudluğu da diqqet yetirilmesi vacib olan cehetlerdendir. Komissiya eyni zamanda şikayet mektublarında bir sıra tehqiramiz ifadelerin yer almasını yolverilmez hal kimi müraciet müelliflerinin nezerine çatdırıb.

 

Sonda bütün bunları esas götürülerek «Şefeqe doğru» qezetine her iki qurum barede bele sepkili meqalelerin teqdimatını dayandırmağa, tekzib, yaxud Ağstafa Rayon Merkezi Xestexanasının ve «Ağstafaçay» Hidroqovşağı İstismar İdaresinin mövqelerinin eks olunduğu mektublarının dercini tövsiye edilib.

 

İkinci mesele olaraq, Bakı Telefon Rabitesi İstehsalat Birliyi Sabunçu Telefon Qovşağının «Gündem xeber» qezeti barede şikayetine baxılarken bildirilib ki, metbu neşrin tehqiramiz, insan leyaqetine toxunan yazı ile bağlı tekzib vermesi, üzr istemesi jurnalistikada meqbul sayılır. Lakin bele halların bezi KİV-lerde praktik fealiyyetin esasını teşkil etmesine müraciet müelliflerinin meselenin araşdırılmasına sonadek prinsipial yanaşmamaları tesir gösterir. Neticede oxşar sepkili tehqirlere digerleri de meruz qalır. Qeyd edilib ki, bele situasiyalarda şikayetçiler de sonadek prinsipial olmalıdırlar.

 

İclasda Dövlet Sosial Müdafie Fondunun Masallı rayon şöbesi barede geden yazıların müzakireyedek 6 saytdan çıxarılması meselesine de toxunulub. Bildirilib ki, peşe etikasının teleblerinin gözlenilmediyi her hansı yazı xeber portallarında saxlanıldığından, yaxud götürüldüyünden asılı olmayaraq müzakireye çıxarılacaq ve baresinde müvafiq qerar qebul edilecek.

 


Oxunub 584 defe