Xəbərlər ::

HADİSƏ :: Azerbaycan ordusu “Buk-MB” ZRK-den sınaq atışları heyata keçirib

30-09-2015 18:44

Müdafie naziri general-polkovnik Zakir Hesenovun bilavasite rehberliyi ile Herbi Hava Qüvveleri hava hücumundan müdafie qoşunlarının silahlanmasına daxil olunan növbeti “Buk-MB” zenit-raket divizionunun komplekslerinden döyüş-sınaq atışları icra edilib.

 

Payiz.Az-ın nazirliyinin saytına istinaden melumatına göre, atışlarda Azerbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Mütexessisler terefinden zenit-raket kompleksinin döyüş düzülüşü, terkibi, teyinatı, taktiki-texniki xüsusiyyetleri, mehv etme zonası, diger parametrleri, elece de döyüş atışlarının keçirilmesine ayrılmış güc ve vasiteler, şexsi heyet barede melumat verilib.

Sonra praktiki atışlar yerine yetirilib. Şerti düşmenin intensiv radioelektron ve ateş tesiri şeraitinde balistik raketleri, alçaqdan uçan ve aerodinamik hedefleri imitasiya eden “Saman” tipli hedeflerin aşkarlanması, avtomatik izlenmeye götürülmesi, qerar qebul edilmesi, onlara qarşı ateş açılması ve idare olunan zenit raketleri ile hedefin mehv edilmesi tapşırıqları heyata keçirilib.

Müdafie naziri terefinden verilen tapşırıqlar hava hücumundan müdafie qoşunları terefinden uğurla icra olunub ve döyüş atışlarının neticeleri yüksek qiymetlendirilib.


Oxunub 331 defe