Xəbərlər ::

SOSİAL :: Mirşahin: “Açıq-aşkar ayrı-seçkilik ve ANS-e qarşı qerez görürem”

30-09-2015 22:21

Bu gün Milli Televiziya ve Radio Şurasının qerarı (MTRŞ)-nın qerarı ile ANS TV-de yayımlanan “Sen Tek deyilsen!” ve “Xoşqedemle axtarıram seni” verilişlerinin yayımı dayandırılıb.  Payiz.Az –ın xeberine göre, anspress-e müsahibe veren ANS Müsteqil Yayım ve Media  Şirketinin baş direktoru Mir Şahin Ağayev qerarı “qerezli ve ANS-e qarşı ayrı-seçkilik” hesab edib.

 

 

”Men bu qerarı, daha doğrusu, qerarın metbuatda bu şekilde afişalandırılmasını gözlemirdim. Ona göre ki, MTRŞ-nın bu gün keçirilen toplantısında men iştirak edirdim. Nuşirevan Meherremli başda olmaqla Şura üzvlerinin “Sen Tek deyilsen!” ve “Xoşqedemle axtarıram seni” verilişinin aqibetine münasibeti mene ele ilk deqiqeden belli idi. Texminen 1 saat yarım erzinde men onları dinledim ve sonda melumat verdim ki, biz onsuz da bu verilişi gelen hefte, daha doğrusu, oktyabrın 5-den efirden çıxarmışıq. Bu layiheleri biz efirde yalnız ona göre saxlamışdıq ki, hemin efir vaxtında oxşar layihe ile reqabet zerureti var idi. Onu da deyim ki, MTRŞ-da bizim bele bir mövqeyimizden hele çoxdan xeberdar idiler ki, bele verilişleri beyenmirik ve bu tipli layiheleri etmemek üçün televiziya rehberlerinin vahid mövqeyi olsa faydalı olar. Eks teqdirde bir kanal bu tip layiheni bağlayanda, başqası açır, neticede standartlar bir olmur. Sentyabr ayının 29-da- ATV-de “Öz aramızda” verilişi bağlanandan derhal sonra ise biz Yaradıcılıq Şurasının qerarı ile “Sen Tek deyilsen!” verilişini dayandırdıq. Ele “Xoşqedemle axtarıram seni” verilişi de bazar günü efirde enenevi formatında son defe yayımlanacaqdı. Müellifin teqdim etdiyi yeni layiheye göre burada axtarılacaq şexsler hem de Azerbaycanı dünyada müsbet menada tanıdan, ona şeref ve nüfuz getiren insanlar olacaqdı. Özü de bu qerar ele yaradıcı kollektiv terefinden verilmişdi. Men onu da qeyd etdim ki, efir mekanıda daha ciddi ab-havanın yaradılması meqsedile ANS yeni layiheler hazırlayıb. “Günebaxan”- ın formatı tam deyişdirilib,- o indi demek olar ki informativ tok şoudur- “A-dan Z-ye” ve “ŞOKolad” verilişi artıq dayandırılıb. Burda adlarını çekmirem, yaradıcılıq sirridi. Amma orda efire gedecek yeni layihelerimizin adlarını bele çekdim. Yeni men bunları demekle diqqeti ona yöneltdim ki, ANS MYMŞ-nın öz verilişlerini bağlamaq qerarını MTRŞ-nın resmileşdirmesine ehtiyac yoxdur”.

 

 

M. Ağayev deyib ki, MTRŞ verilişlerin derhal qapanmasını isteyib: “Men ise onları soyuq ağıla ve mentiqe devet ederek bu fikirden daşındıra bildim. İzah etdim ki, verilişlerin kifayet qeder tamaşaçısı, yüksek reytinqleri var, ona göre de biz onları bağlamaq qerarını vererken ilk növbede bu meqamı nezere almışdıq, yeni en azı müracietleri araşdırılmağa qebul olunmuş insanlara hörmetsizlik etmeyek, verilişi destekleyenler qarşısındakı öhdeliklerimizin aqibeti barede düşünek. Onlar da qısa müzakireden sonra menimle razılaşdılar. Men toplantının evvelindeki gerginliyin, ittiham aqressiyasının sona yaxın semimiyyete doğru deyişdiyini hiss etdim ve düşündüm ki, bu, Nuşirevan Meherremli ve hörmetli Şura üzvlerinin menimle sıradan bir görüşüdür ve tedbirden melumat sızdırılarken bu ab-hava qerarda öz eksini tapacaq. Çünki, Şura üzvleri arasında, ANS-e, onun rehberliyine olan hörmet ve sayğının nümayiş etdirilmesi mene bele düşünmeye esas verirdi. Çünki oxşar söhbet ATV kanalı ile de olmuş, amma onların layihesinini bağlanması barede verdikleri adi qerar bizimle bağlı meseleden ferqli olaraq az qala ittiham aktı kimi ictimaileşdirilmemişdi. Baxmayaraq ki, bele qerarlar qefleten verilmir, en azı evvelceden xeberdalıq edilir”.

 

 

O deyib ki, MTRŞ-nin açıqlamasının bu terzde yazılmasından melumatı olmayıb: “Hamı ile normal vidalaşıb çıxmışam. ANS-i az qala milli menevi deyerleri pozmaqda günahlandıran bu qerar ise bizden, şexsen menden, yeqin ki Azerbaycanın ANS-in tarixinde, onun dövletimizin istiqlalı ve vetendaşımızın vetenperver ruhunun formalaşmasında oynadığı rol barede melumata malik çox milyonlu tamaşaçı ordusundan ötrü esl şok oldu. MTRŞ buna qeder bir defe de ANS-in hansısa layihesi etrafında qerezli qerar vermişdi ve o zaman biz qurumu mehkemeye verdik, ve esassız xeberdarlığı leğv etmeye nail olduq. Düşünürdük ki, bu yeqin ki N. Meherremliye en azı stolüstü vesait olar ki, gelecekde ifadeler seçerken ehtiyalı olsun. Amma çox teeessüf ki, o yene de telesib ve bizim MTRŞ-nın növbeti qerarını mehkemeye vermek haqqımızı tanıyıb. Çünki verilişlerinin bağlanmasına sebeb kimi gösterilenler ANS-in işgüzar nüfuzunu zerbe altına alır ve bizim tamaşaçılarımızı incidir, onların zövq ve isteklerini tehqir edir”.

 

 

M. Ağayev hesab edib ki, MTRŞ-nın ANS-in verdiyi qerara bele ağır ittihamlardan yarlıq quraşdırması artıq bütün hüdudları keçir: “ Men burada qanunun aliliyinden çox, açıq-aşkar ayrı-seçkilik ve ANS-e qarşı qerez görürem. İki televiziya kanalında eyni tip layiheye tam ferqli yanaşma”.

 

O, Şura sedri Nuşirevan Meherremlini Xoşqedem Hidayetqızıyla şexsen mübarize apamaqda ittiham edib: “Men Nuşirevan Meherremlinin Xoşqedem xanıma münasibetini bilirdim. Amma meselenin bu derecede ciddi olduğunu tesevvür etmirdim. Çünki buna qeder bir nece defe cenab Meherremliden Xoşqedem Hidayetqızı kimi adamların efirden ayağını kesmek kimi tövsiyeler eşitmişdim”.

 

Baş direktor deyib ki,  ANS bu qerar ve açıqlama ile bağlı MTRŞ-nı mehkemeye verecek.  


Oxunub 1042 defe