Xəbərlər ::

HADİSƏ :: Ali mekteblere ixtisas seçimi başlayır

28-07-2015 18:20

Telebe Qebulu üzre Dövlet Komissiyası  ali tehsil müessiselerine bütün qruplar üzre müsabiqe şertini ödemiş abituriyentler üçün ixtisas seçimi elan edir. Payiz.Az-ın TQDK-ın resmi saytına istinaden melumatına göre,  ixtisas seçimi iyulun 30-dan avqustun 11-dek in­ter­net vasitesile aparılacaq.

 

Müsabiqe şertlerine esasen, I qrup üzre ixtisas seçiminde ümumi balı 200-den, her hansı bir imtahan fenni istisna olmaqla qalan dörd imtahan fenninin her biri üzre ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentler, dövlet sifarişi esasında ayrılmış yerlerin ixtisas seçiminde ümumi balı 250-den ve her bir imtahan fenni üzre ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentler iştirak ede bilerler.

 

II qrup üzre ixtisas seçiminde ümumi balı 200-den, her hansı bir imtahan fenni istisna olmaqla qalan dörd imtahan fenninin her biri üzre ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentler, dövlet sifarişi esasında ayrılmış yerlerin ixtisas seçiminde ümumi balı 300-den ve her bir imtahan fenni üzre ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentler iştirak ede bilerler.

 

III qrup üzre ixtisas seçiminde ümumi balı 200-den, her hansı bir imtahan fenni istisna olmaqla qalan dörd imtahan fenninin her biri üzre ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentler, dövlet sifarişi esasında ayrılmış yerlerin ixtisas seçiminde ümumi balı 300-den ve her bir imtahan fenni üzre ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentler iştirak ede bilerler.

 

IV qrup üzre ixtisas seçiminde ümumi balı 200-den, her hansı bir imtahan fenni istisna olmaqla qalan dörd imtahan fenninin her biri üzre ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentler, dövlet sifarişi esasında ayrılmış yerlerin ixtisas seçiminde ümumi balı 250-den ve her bir imtahan fenni üzre ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentler iştirak ede bilerler.

 

Qeyd edek ki, abituri­yentler qebul olmaq istedikleri ixtisasları seçib on­ların kodlarını www.eservices.tqdk.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerleşen “Abituriyentin elektron ixtisas seçimi erizesi”ne daxil edib tesdiq etmelidirler.

 

Abituriyentler ali tehsil müessiselerinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-e qeder ixtisas kodunu qeyd ede biler. I, II, III, IV ixtisas qruplarından her hansı biri üzre ve V ixtisas qrupu üzre qebul imtahanlarında iştirak eden abituriyentler TQDK-nın müeyyen etdiyi telebleri ödedikleri halda, imtahanında iştirak etdikleri her iki qrupun ixtisaslarını seçe bilerler.

 

Abituriyent ixtisas seçerken bu ixtisas üzre dövlet sifarişi esasında ve ya ödenişli esaslarla tehsil almaq istediyini qeyd etmelidir. Her hansı bir ixtisas üzre hem dövlet sifarişi, hem de ödenişli esaslarla olan yerlerin müsabiqesinde iştirak etmek isteyen abituriyent hemin ixtisasın kodunu erizeye iki defe daxil etmeli ve ayrılıqda bu ixtisas üzre tehsilini dövlet sifarişi esasında ve ya ödenişli esaslarla almaq istediyini qeyd etmelidir. İxtisas kodlarını, onların sayını ve ardıcıl­lığını abituriyent özü serbest şekilde müeyyenleşdirir.

 

Dövlet hesabına ali tehsil almış abituriyentler dövlet sifarişi üzre ayrılmış yerleri seçe bilmezler.

 

Ecnebiler ve vetendaşlığı olmayan şexsler, qüvvede olan qanunvericilikde ve dövletlerarası razılaş­malar­da di­ger hallar nezerde tutulmayıbsa, dövlet sifarişi üzre ayrılmış yerleri seçe bilmezler.

 


Oxunub 616 defe