Xəbərlər ::

SOSİAL :: Emek pensiyaçılarının 335506 neferi ahıllardır

01-10-2015 11:00

 

Dövlet Sosial Müdafie Fondunda qeydiyyatda olan emek pensiyaçılarının 335 506 neferi ahıl vetendaşlardır. Onlardan 203526  neferi qadın, 131980 neferi ise kişidir. Ahıl pensiyaçıların 246868 neferi 70-80 yaş arası, 81414 neferi 80-90 yaş arası, 7224 neferi 90-dan artıq yaşı olan vetendaşlardır. DSMF-nın İctimaiyyetle elaqeler sektorundan Payiz.Az-a verilen melumata göre, 1 oktyabr - Beynelxalq Ahıllar Günüdür. Prezident İlham Eliyevin rehberliyi ile heyata keçirilen davamlı sosial müdafie tedbirleri neticesinde ölke ehalisinin hessas tebeqesi olan pensiyaçılara dövlet qayğısı ilbeil artır, yaşlı ehalinin sosial rifahının yaxşılaşdırılması ve onların pensiyalarının artırılması istiqametinde davamlı tedbirler heyata keçirilir. Ahıl pensiyaçıların problemleri daim diqqet merkezinde saxlanılır ve onların pensiyalarının teyinatı, vaxtında ve en mütereqqi metodlarla ödenilmesi üçün bütün imkanlardan istifade edilir. Hazırda ölkede pensiya ödenişlerinin 99,9 %-nin plastik kartlarla aparılması temin olunub. Bu meqsedle ölke erazisinde bilavasite pensiyaçılara xidmet etmek meqsedile 800-e yaxın bankomat fealiyyet gösterir.

Ölkemizde yeni sığorta-pensiya sisteminin fealiyyet gösterdiyi 2006-cı ilden hazıradek prezident İlham Eliyev terefinden yaşa göre emek pensiyasının baza hissesinin artırılması ile bağlı 8, sığorta hissesinin artırılması ile bağlı 9 serencam verilib, bununla yanaşı evvelki sistemle ehate olunmuş şexslerin yeni şeraite inteqrasiyasının tamamlanması üçün ardıcıl qerarlar qebul edilib. Pensiyaların artırılması istiqametinde görülen davamlı tedbirler bütün ahıl pensiyaçıların yoxsulluq seviyyesinden yuxarı olan pensiya mebleğleri almalarına getirib çıxarıb. Hazırda bu qebilden olan vetendaşların yaşa göre emek pensiyalarının orta aylıq mebleği 194,4 manat teşkil edir.

 


Oxunub 326 defe