Xəbərlər ::

MƏDƏNİYYƏT :: Meşhur ermeni aktyor Oqtay Şireliyevin qızı ile dostluğundan danışdı

01-10-2015 14:22

 

 

80 illik yubileyi erefesinde SSRİ Xalq artisti Armen Borisoviç Ciqarxanyan “Rossiyskaya qazeta”ya verdiyi müsahibede Azerbaycanın sehiyye naziri Oqtay Şireliyevin qızı Nara Şireliyeva ile uzun illerdir davam eden dostluğundan danışıb.

 

“Men ermeniyem ve menim azerbaycanlılarla tamamile heyretamiz, dostluq münasibetlerim var. Menim uzun illik refiqem, “Kultura” telekanalında aparıcı olan Nara Şireliyeva azerbaycanlıdır”, - deye, artist bildirib.

 

Qeyd edek ki, Nara Şireliyeva uzun illerdir Rusiya televiziyasında çalışır. O, hemçinin hakim “Yedinaya Rossiya” partiyasındakı aktiv fealiyyeti ile meşhurdur ve hetta Vladimir Putinin müvekkili qisminde seçkiqabağı kampaniyada iştirak edib.


Oxunub 352 defe