Xəbərlər ::

SİYASƏT :: MSK sedri: "Qorxmaq lazım deyil”

02-10-2015 13:27

“Demokratiyada seçki yegane prosesdir ki, ölkelerin başqa ölkenin daxili işlerine qarışmasına imkan verir. Dünya idare olunan dünyadır, ancaq standartlar eyni olmalıdır”.

APA-nın melumatına göre, bu sözleri Prezident Administrasiyası, Merkezi Seçki Komissiyası ve Metbuat Şurasının birge teşkil etdiyi “Azerbaycan Respublikasının Milli Meclisine seçkiler: seçkiqabağı teşviqat prosesinde KİV-lerin rolu ve vezifeleri” mövzusunda keçirilen seminarda MSK sedri Mezahir Penahov deyib. O bildirib ki, dünyanın heç yerinde ideal seçki keçirilmeyib: “Milyonlarla insanın iştirak etdiyi, çoxlu sayda subyektlerin olduğu prosesde neqativ hallar qaçılmazdır. Esas odur ki, müvafiq orqanlar buna derhal, çevik reaksiya versin. Çatışmazlıqlardan qorxmaq lazım deyil”.

 

Sosial şebekelerde namizedlerin qanunsuz tebliğ olunmasına toxunan M. Penahov KİV rehberlerini sosial şebekelerle bağlı fikir bildirmeye çağırıb.

 

APA Holding”in prezidenti Vüsale Mahirqızı Azerbaycanda ilk defedir ki, namizedlerin seçki teşviqatında sosial şebekelerden geniş istifade etdiyini söyleyib. Sosial şebekelerin monitorinqinin aparılmasının çox çetin olduğunu vurğulayan V. Mahirqızı sosial şebekelerde saxta sehifeler yaradıldığını, eyni zamanda bele sehifelerin hem ölke daxilinde, hem de ölke xaricinde yaradılmasının mümkün olduğunu nezere çatdırıb. O, sosial şebekelere müdaxilenin ve onların idare edilmesinin faktiki, mümkünsüz olduğunu beyan edib.

 

M. Penahov ise qeyd edib ki, sosial şebekeler barede fikir seslendirmekde meqsedi ictimaiyyetin diqqetini bu meseleye celb etmekdir: “Esas odur ki, Azerbaycan ictimaiyyeti bizim fikrimizi müdafie etsin”.

 

Azerbaycan prezidentinin ictimai-siyasi meseleler üzre kömekçisi Eli Hesenov deyib ki, Azerbaycanda sosial şebekelerde yaradılan bloqlar hele KİV statusu almayıb: “Bezen yazırlar ki, bloqger fealiyyeti ile meşğul olan jurnalist hebs olunub. Sabah her bloq yaradan ortaya çıxacaq ki, men jurnalistem. Metbuat Şurasını biz niye yaratmışıq? Çünki Azerbaycanda jurnalistleri tanıyan orqan Metbuat Şurasıdır. Azerbaycanda yerli jurnalistlerin vesiqesini tanıyan orqan Metbuat Şurası, xarici jurnalistleri tanıyan ise Xarici İşler Nazirliyidir. Azerbaycanda nüfuzlu şexsler, nazirlerle bağlı saxta sehifeler yaradılır. Sosial şebekeni idare etmek şebekeni yaradanlara da müyesser olmayıb. İnternete müdaxile heç kime müyesser olmayıb ve biz de bele fikirde deyilik. Bizim üçün esas mesele Azerbaycan xalqının deyerlendirmesidir. Sosial şebeke ile internet mediasını ferqlendirmek lazımdır. Kimse internet mediası yaratmaq hüququna malik olmaq, sabah dövlet orqanlarından yardımlar almaq isteyirse, Edliyye Nazirliyinde qeydiyyatdan keçmeli, Metbuat Şurası terefinden tanınmalıdır”.

 


Oxunub 285 defe