Xəbərlər ::

İDMAN :: Prezident polo növü üzre Azerbaycan yığmasının üzvleri ile görüşüb

02-10-2015 14:42

Prezident İlham Eliyev polo idman növü üzre Bakıda keçirilen birinci Avropa çempionatının qalibi olmuş Azerbaycan yığma komandasının üzvleri ile görüşüb. Payiz.Az-ın AzerTAc-a istinaden verdiyi melumata göre, görüş zamanı dövlet başçısının çıxışı olub. Daha sonra komandanın üzvü Elçin Camallı, Azerbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev çıxış ederek ölkemizde idmana, atçılığın ve onun polo növünün inkişafına gösterdiyi diqqet ve qayğıya göre prezident İlham Eliyeve teşekkür edibler.

 

Sonra Prezident İlham Eliyeve xatire hediyyeleri teqdim olunub.

Dövlet başçısı elde edilmiş nailiyyetde komandanın meşqçisinin xidmetlerini xüsusi qeyd edib.

Polo üzre milli komandamızın meşqçisi Silvester Qarros çıxış ederek ölkemizde idmanın inkişafı üçün görülen neheng işlerin neticesi olaraq Azerbaycan idmançılarının müxtelif beynelxalq yarışlarda, o cümleden olimpiadalarda elde etdiyi nailiyyetlerin dünya idman ictimaiyyetinde yaratdığı teessüratlardan danışıb.

 


Oxunub 310 defe