Xəbərlər ::

İQTİSADİYYAT :: Nazir: "Borcların müeyyen hissesini dövlet büdcesi hesabına ödeyirik"

02-10-2015 16:44

Azerbaycanda dövletin borclanması ile bağlı ehtiyatlı siyaset aparılır.

 

"APA-Economics"in xeberine göre, bunu maliyye naziri Samir Şerifov Milli Meclisin İqtisadi Siyaset, Aqrar Siyaset, Tebii Ehtiyatlar ve Energetika, Sosial Siyaset, Tehlükesizlik ve Müdafie Komiteleri terefinden keçirilen 2016-cı il üzre Azerbaycanın dövlet büdcesinin layihesinin müzakiresi zamanı deyib.

 

Nazirin sözlerine göre, Azerbaycanın xarici dövlet borcu o qeder de yüksek deyil: “Azerbaycanın xarici dövlet borcu beynelxalq seviyyede qebul edilmiş standartlara, meyarlara nezeren yüksek deyil. Düzdür, Azerbaycanın xarici dövlet borcu 10%-den bir qeder yüksekdir. Bu da onunla bağlıdır ki, bizim xarici dövlet borcumuz xarici valyutada ifade olunub. Lakin, manatın mezennesinin korreksiyası neticesinde bizim ÜDM-in xarici valyutada ifade olunmuş deyeri azalıb. Bunun neticesinde de bizim xarici dövlet borcumuz ÜDM-e nisbeti bir qeder artıb. Bu gün xarici dövlet borcu 12%-den bir qeder artıqdır. Lakin, biz veziyyeti real qiymetlendirmeliyik. Her bir ölkenin inkişafı üçün, her bir sektorun inkişafı üçün maliyye resurslarına çıxış imkanları olmalıdır. Meselen, vaxtile Azerbaycanın bugünkü geleceyini temin etmiş, iqtisadi inkişafını temin etmiş Bakı-Tiflis-Ceyhan neft kemerini xaricden celb edilmiş borclar hesabına tikilir. Yeni, bu layihenin reallaşması üçün müeyyen vesaiti Azerbaycan dövleti qoyub, müeyyen vesaiti bizim xarici terefdaşlarımız qoyub, diger vesait ise xarici banklardan alınmışdı. Texminen 70%-e yaxın vesait xarici borc hesabına temin edilmişdi. Men bir terefden borcların ifrat derecede artırılması ile razı deyilem. Diger terefden hesab etmirem ki, biz bu barede qorxulu siyaset heyata keçiririk. Lazım geldikde biz borc götürmeliyik. Amma bu zaman borc güclü layihelere yöneldilmeli, layihelerin düzgün seçilmesi temin edilmelidir”.

 

Nazir bezi dövlet qurumlarının, yeni sehmlerine dövletin nezaret etdiyi bezi qurumların borclanma ile bağlı fealiyyetinin ürekaçan olmadığını vurğulayıb. S. Şerifov qeyd edib ki, bezi qurumlar dövlet zemaneti ile götürülmüş borclara xidmet göstere bilmirler: “Hazırda biz bu borcların müeyyen hissesini dövlet büdcesi hesabına ödemeye mecburuq. Ona göre, bu bizim növbeti ilin dövlet büdcesinde öz eksini tapıb. Bele ki, bizim dövlet borcuna xidmetle bağlı xerclerimiz artıb. Bunun bir qismi qeyd etdiyim kimi manatın devalvasiyası neticesinde, diger qismi ise mehz bele amillere göre artıb”.

 

Bununla bele, nazir vurğulayıb ki, Azerbaycanın dövlet borcu aşağı ve idareolunan seviyyededir.


Oxunub 366 defe