Xəbərlər ::

SİYASƏT :: Tenzile Rüstemxanlının namizedliyinin qeyde alınmamasının SEBEBİ

02-10-2015 17:31

"Azeri-Türk" Qadınlar Birliyinin sedri, deputat Sabiq Rüstemxanlının heyat yoldaşı Tenzile Rüstemxanlının deputatlığa namizedliyinin qeyde alınmamasının sebebi melum olub. Bu barede Payiz.Az-a Tenzile Rüstemxanlı özü açıqlama verib.

 

T.Rüstemxanlı iddia edib ki, Daire Seçki Komissiyası heç bir esas olmadan onun  namizedliyini qeyde alınmaması ile bağlı qerar çıxarıb: “Onlar da yaxşı bilir ki, heç bir reqib menimle mübarize apara bilmeyecek. Menim bütün senedlerim qaydasındadır. Hamı meni yaxşı tanıyır. Bilirler ki, men bu ölkede tanınmış biriyem. Haqqımı tapdalayıblar”.

 

Tenzile Rüstemxanlının sözlerine göre, daireden namizedliyinin qeyde alınmamasına sebeb kimi onun seçicileri aldatmasını gösteribler: “Guya ki, men seçicileri aldatmışam. İmza veren şexsler bilmeyib ki, kime imza verirler. Halbuki, bütün imzaların alınmasında şexsen iştirak etmişem. Mesele ile bağlı Merkezi Seçki Komissiyasına şikayet vermişem. İnanıram ki, menim tapdanmış haqqım berpa olunacaq".  

 

Qeyd edek ki, Tenzile Rüstemxanlı 42 saylı Sumqayıt İkinci Seçki Dairesinde namizedliyini ireli sürmüşdü. 42 saylı Sumqayıt İkinci Seçki Dairesinin hazırkı deputatı Musa Qasımlıdır.

 

M.Qasımlı builki seçkilerde dairesini deyişerek, Sabir Rüstemxanlının deputat olduğu 72 saylı Yardımlı-Masallı seçki dairesinden namizedliyini verib.

 


Oxunub 242 defe