Xəbərlər ::

SOSİAL :: MTRŞ daha bir verilişe göre ANS-e xeberdarlıq edib

02-10-2015 17:48

Milli Televiziya ve Radio Şurası (MTRŞ) daha bir verilişe göre ANS televiziyasına xeberdarlıq edib. 

 

Payiz.Az-ın Report-a istinaden xeberine göre, MTRŞ-nın şöbe müdiri Tevekkül Dadaşov deyib ki, ANS-de yayımlanan "Mechulu tapın" proqramı reklamla meşğul olur: "Bu veriliş şuranın diqqet merkezindedir. Bu mesele ile bağlı telekanala şifahi xeberdarlıq olunub". 

 

Şöbe müdiri bildirib ki, "Xezer" TV-de yayımlanan "Ay Zaur" verilişi yay ayları erzinde restoranlardan birinin reklamına xidmet edib. Onun sözlerine göre, adı keçen proqram veriliş mahiyyeti kesb etmeyen material toplusu olub. T.Dadaşov elave edib ki, ümumiyyetle, telekanallarda yayımlanan bezi musiqili-eylenceli verilişlerde bayağı musiqiler seslenir: "Bezi musiqili verilişlerde yüksek zövqe bağlı olmayan bayağı musiqiler seslendirilir. Bezi verilişler sadece reklamla meşğul olur. "Xezer TV-de yayımlanan "Ay Zaur" proqramı yay erzinde restoran reklamı ile meşğul olub". 

 

Şöbe müdiri bildirib ki, MTRŞ verilişlerin mezmununa göre deyerlendirmek ve qerar vermek selahiyyetine malikdir. O, qurumun efirin kompleks şekilde izlenmesini heyata keçirececeyini vurğulayıb: "Hesab edirik ki, telekanallar efirin sağlamlaşdırılması prosesinde bize kömek edecekler. Onların hem öz aralarında emekdaşlığı, hem de MTRŞ ile koordinasiya olunmuş şekilde fealiyyeti bu işde ireli getmeyimize yardım edecek".

 


Oxunub 289 defe