Xəbərlər ::

SİYASƏT :: Prezident İlham Eliyev: "Ölkemiz böyük hüquqi, siyasi ve ideoloji potensiala malikdir"

02-10-2015 17:58

Prezidenti İlham Eliyev Azerbaycan Konstitusiyasının 20 illik yubileyine hesr olunmuş beynelxalq konfransın iştirakçılarına tebrik mektubu ünvanlayıb. Payiz.Az-ın AzerTAc-a istinaden melumatına göre, prezidentin mektubunda deyilir:

“Hörmetli konfrans iştirakçıları!

Azerbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyine hesr olunmuş beynelxalq konfransda sizi salamlayır ve işinizde uğurlar arzulayıram.

1995-ci ilde referendum yolu ile qebul edilmiş Konstitusiya Azerbaycan xalqının inkişafı namine müasir, demokratik, dünyevi, hüquqi dövlet quruculuğu merhelesine keçidi tesbit edib. Bu tarixi senedin müellifi xalqımızın ümummilli lideri Heyder Eliyev olub.

Konstitusiyanın qüvvede olduğu 20 illik dövr erzinde onun müddealarının heyata keçirilmesinde böyük tecrübe toplanmış, bu senedde eks olunmuş konsepsiyalar inkişaf etdirilerek güclü sosial dövletin, yüksekreqabetli iqtisadiyyatın qurulmasına, insan hüquqlarının effektiv müdafiesi mexanizmlerinin tetbiqine tekan veren çoxsaylı normativ hüquqi aktlar qebul edilib.

Azerbaycan Respublikası Konstitusiyasının xarakterik cehetlerinden biri onun sabit olmasıdır. Bununla bele, cemiyyetimizin süretli inkişafı ölkenin esas qanununun da tekmilleşdirilmesini şertlendirmişdir. Bele ki, 2002-ci ve 2009-cu illerde keçirilmiş referendumlar, habele qebul edilmiş bir sıra konstitusiya qanunları vasitesile Konstitusiyaya insan hüquqlarının qorunmasının ve dövlet idareçiliyinin semereliliyinin artırılmasına yönelmiş mühüm deyişiklik ve elaveler edilib.

Konstitusiya müddealarının aliliyinin ve onların tekamülünün temin edilmesinde Azerbaycan Respublikasının Konstitusiya Mehkemesi mühüm rol oynayır. Ali konstitusiya edalet mühakimesi orqanı qisminde Konstitusiya Mehkemesi ölkemizin hüquq sisteminin inkişafına öz töhfesini verir, hüquqi tenzimleme meseleleri üzre müsbet tecrübe formalaşdırır, konstitusiya nezareti funksiyalarını yerine yetirmekle Konstitusiyanın birbaşa tetbiqini heyata keçirir.

Universal deyerlere esaslanan Azerbaycan Respublikasının Konstitusiyası bu gün de böyük hüquqi, siyasi ve ideoloji potensiala malikdir ve Azerbaycan xalqının firavanlığına xidmet edir.

Hörmetli konfrans iştirakçıları!

Bir daha sizin hamınızı Azerbaycanda ürekden salamlayır, xalqımızı Azerbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi münasibetile tebrik edirem”.


Oxunub 296 defe