Xəbərlər ::

DÜNYA :: Azerbaycanlı ona yatmağa mane olan qonşusunu doğradı

02-10-2015 22:39

Kaluqa cinayet işleri üzre eyalet mehkemesinin mehkeme kollegiyası, 21 yaşlı Azerbaycan vetendaşı Serker Serkerova dair Kaluqa rayon mehkemesinin çıxardığı hökme deyişiklik etmeyib.  

 

Oxu.Az Rusiya KİV-ne istinaden xeber verir ki, 2015-ci ilin iyun ayında o, quldurluq ve sağlamlığa ağır xesaret yetirmede (Rusiya Federasiyası Cinayet Mecellesinin 162 m.4b. “b”, 111m.1 b. üzre) teqsirli bilinib.

 

2013-cü ilin fevral ayında Serkerov müteşekkil cinayetkar qrupun daha önce Kaluqa rayon mehkemesi terefinden mühakime edilen 4 üzvü ile beraber evli cütlüye hücum edib. 

 

Müttehimler zererçekenleri Kaluqanın merkezinde kafelerin birinde görübler. Onların maddi veziyyetini yüksek qiymetlendirerek, cinayetkar qrupun lideri onların mülkiyyetine sahib olmaq isteyib. 

 

Cinayetde rollarını müeyyenleşdirdikden sonra elbirler cütlüyü yaşayış yerlerine qeder izleyibler, orada onlara hücum edibler. Kişinin başına şüşe vuraraq onu bıçaqla hedeleyibler, qadını ise başından yumruqla vurublar, zererçekenlerin pulunu, zinet eşyalarını, mobil telefonlarını oğurlayıblar, oğurlanan eşyaların ümumi mebleği milyon rubla yaxın olub.

 

Bundan başqa, 2014-cü ilin iyun ayında Serkerovun qonşusu ile mübahisesi düşüb. Mübahisenin sebebi ise qonşunun uşaqlarının ona yatmağa mane olması olub. O, qonşusuna yaxınlaşaraq uşaqları sakit etmeyi xahiş edib, eks teqdirde onu doğrayacağını deyib. Bundan sonra Serkerov evine getse de az bir müddetden sonra geriye bıçaqla qayıdaraq zererçekene sine nahiyesinden bıçaq zerbesi endirerek, onun sağlamlığına ağır zerbe vurub.

 

Mehkeme iclasında Serkerov günahını etiraf edib, amma bunu müdafie olunduğu üçün etdiyini bildirib, cütlüye ise hücum etdiyini tekzib edib.

 

Mehkeme dövlet ittihamçısı terefinden teqdim edilen delilleri deyerlendirerek onun fikri ile razılaşıb. Serker Serkerov cezasını ciddi rejimli koloniyada çekmekle 10 il müddetine azadlıqdan mehrum edilib.

 

İttihamçı mehkemenin qerarından apellyasiya qaydası üzre şikayet edib. Amma Kaluqa vilayet mehkemesinin mehkeme kollegiyası Kaluqa rayon mehkemesinin çıxardığı hökme deyişiklik etmeyib.  

 

Hökm qanuni qüvveye minib.

 

 


Oxunub 271 defe