Xəbərlər ::

HADİSƏ :: Bıçaqlandığı ehtimal olunan Göygöl sakını xestexanaya yerleşdirilib

04-10-2015 00:37

Göygöl rayon sakini ayağından xesaret alıb. Payiz.Az-ın melumatına göre, Göygöl rayon Üçtepe kend sakini, 1984-cü il tevellüdlü Ebülfet Memmedov sol budun kesilmiş deşilmiş yarası diaqnozu ile Gence şeher Tecili Tibbi Yardım xestexanasına yerleşdirilib. Derhal emeliyyat edilen yaralının veziyyeti orta ağır qiymetlendirilir. Melumata göre, E. Memmedov serxoş olub. Onun ayaq nahiyesinden bıçaqlandığı da ehtimal edilir.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbesinde araşdırma aparılır.  


Oxunub 237 defe