Xəbərlər ::

HADİSƏ :: Ordumuz düşmene 109 zerbe endirib

05-10-2015 10:22

Son sutka erzinde ermeni silahlı bölmeleri cebhenin müxtelif istiqametlerinde 60 ve 82 millimetrlik minaatanlardan, hemçinin iriçaplı pulemyotlardan da istifade etmekle ateşkes rejimini ümumilikde 87 defe pozub.

 

Payiz.Az Müdafie Nazirliyinin saytına istinaden bildirir ki, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Terter rayonunun Çilebürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Sarıcalı, Kengerli, Şıxlar, Yusifcanlı, Merzili, Qiyameddinli, Baş Qervend, Xocavend rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidehmedli, Aşağı Ebdürrehmanlı, Aşağı Veyselli, Alxanlı, Cebrayıl rayonunun Mehdili kendleri yaxınlığında, hemçinin Goranboy, Xocavend, Füzuli ve Cebrayıl rayonları erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden de Silahlı Qüvvelerimizin mövqeleri ateşe tutulub.
Azerbaycan Silahlı Qüvveleri emeliyyat şeraitini nezere alaraq düşmenin ateş nöqtelerine, mövqelerine ve sengerlerine 109 defe ateş zerbesi endirib.


Oxunub 387 defe