Xəbərlər ::

SOSİAL :: Bu il qebul imtahanında 8 656 nefer müellimlik ixtisasını seçib

05-10-2015 15:01

"Bu il qebul imtahanında 8 656 nefer müellimlik ixtisasını seçib. Onlardan 1 269 neferi 500 ve 500-den artıq bal toplayıb. Bu ise öten ille müqayisede 5 faiz çoxdur”. Payiz.Az-ın melumatına göre, bunu Tehsil Nazirliyinin QHT ve KİV-le İş sektorunun müdiri Cesaret Valehov bu gün Beynelxalq Müellimler Gününe hesr olunmuş metbuat konfransında deyib. Onun sözlerine göre, müellimlerin motivasiya edilmesi üçün “Geleceyin müellimi” layihesi davam etdirilecek . Bu il müellimlik ixtisasını seçen 300 nefer “Geleceyin müellimi” teqaüdü alacaq.

 

Bakı mekteblerinin bufetlerindeki veziyyete toxunan C.Valehov deyib ki, mekteb bufetlerinde sanitar ve epidemiologiya qurumlarla birge monitorinqler aparılır: “Mekteb bufetlerinde neler satıla biler, neler satıla bilmez, bunların monitorinqi aparılır. Monitorinqlerin neticelerine uyğun qerar verilecek”.


Oxunub 244 defe