Xəbərlər ::

İQTİSADİYYAT :: SOCAR: “Rusiya ve Gürcüstan Bakı-Supsa kemeri ile bağlı razılaşmalıdır”

05-10-2015 16:23

 

 

"Hazırda Bakı-Supsa neft kemerinin fealiyyetine heç bir manee yoxdur".

 

Bunu "APA-Economics"e "SOCAR Georgia" (SOCAR-ın töreme şirketi) şirketinin baş direktoru Mahir Memmedov bildirib.

 

Baş direktorun sözlerine göre, SOCAR bu meseleni olduqca diqqetle izleyir: "Kemer etrafında baş verenler bizi de narahat edir. Biz coğrafi parametrlerin deyişmesini izleyirik. Ümid edirik ki, Gürcüstan hökumeti ile Rusiya hökumeti bu meselede dil tapacaq ve razılığa gelecek".

 

Xatırladaq ki, bir müddet önce Rusiya serhedçileri terefinden Gürcüstanın Tsixinvali regionundan keçen (Cenubi Osetiya) Bakı-Supsa neft kemeri üçün tehlüke yarandığı barede xeberler yayılıb.

 

Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bunu şerh ederken bildirib ki, neft kemerine tehlüke yaranarsa, "biz alternativ layihemizi heyata keçireceyik".

 

"bp şirketi avqust müharibesinden sonra borunun 1,5 kilometrlik hissesine nezaret ede bilmir. Çünki bu saheye rus herbçileri nezaret edirler. Eger bundan sonra problemler yaranarsa, bizim 1600 metr uzunluğunda alternativ layihemiz var. Gürcüstan hökumetine "osetinlerle dil tapmağı teklif edirler". Onlar bu meseleni siyasileşdirmek isteyirler. Bu ise Gürcüstan üçün qebul edilmezdir", - deye K. Kaladze bildirib.

 

K. Kaladzenin teklif etdiyi alternativ layihe barede danışan M. Memmedov bildirib ki, bu layiheye yalnız en son variant kimi baxmaq olar. "Söhbet ekstremal situasiyadan gedir. Yeqin ki, bunu da müzakire etmeye ehtiyac var".


Oxunub 425 defe