Xəbərlər ::

HADİSƏ :: Bakıda şirket maşını aşdı: 2 ölü, 6 yaralı

06-10-2015 02:54

Bakıda ağır yol qezası baş verib, 2 nefer ölüb, 6 nefer ağır xesaretler alıb. APA-nın melumatına göre, hadise Zığ şossesinde qeyde alınıb.

 

Qida senayesi ile meşğul olan iri şirketlerden birine mexsus "Toyota" markalı pikap avtomobili şosse ile yüksek süretle hereketde olarken sürücü idareetmeni itirib ve maşın aşıb. Qeza neticesinde helelik şexsiyyeti melum olmayan bir nefer hadise yerinde ölüb, daha 7 nefer ise yaralanıb. Yaralılardan 48 yaşlı Eyvaz Osmanov 3 saylı Şeher Klinik Xestexanasına çatdırılsa da, hekimler onun heyatını xilas ede bilmeyibler.

 

3 saylı Şeher Klinik Xestexasnasından APA-ya verilen melumata göre, hazırda xestexananın reanimasiya şöbesinde 6 ağır yaralı var. Onlar aşağıdakılardır:

 

Mehdi Elihüseynov, 37 yaş

Dadaş Ağayev, 38 yaş

Mehman Meherremov, 44 yaş

Elşen Demirov, 55 yaş

Bextiyar Qeribov, 26 yaş

Zahid Zeynalov, 25 yaş.

 

İlkin ehtimala göre, qezaya yüksek süret ve yağışlı hava sebeb olub.

 

Faktla bağlı araşdırmalara başlanılıb. Hadise yerinde ölenin şexsiyyeti deqiqleşdirilir.


Oxunub 236 defe