Xəbərlər ::

HADİSƏ :: Bakıda "Mercedes" hasara çırpıldı: 1 ölü, 1 yaralı

06-10-2015 05:58

Bakının Nerimanov rayonunda ölümle neticelenen yol qezası baş verib.  APA-nın melumatına göre, Ziya Bünyadov prospekti ile "Koroğlu" metro stansiyası istiqametinde hereketde olan "Mercedes"in sürücüsü E.Hesenov havanın yağışlı olması sebebinden idareetmeni itirib. Süret yüksek olduğundan sürücü yaş yolda avtomobili saxlaya bilmeyib. Neticede avtomobil yanacaqdoldurma menteqesinin hasarına çırpılıb.

 

Qeza neticesinde sürücü hadise yerinde dünyasını deyişib. Sernişini Şaiq Abbasov xestexanaya çatdırılıb. Hekimler onun veziyyetinin ağır olduğunu bildiribler. Faktla elaqedar cinayet işi başlanıb. Araşdırmalar aparılır.


Oxunub 256 defe